Modern.az

Beynəlxalq parlament təşkilatları və deputatlardan Azərbaycana DƏSTƏK

Beynəlxalq parlament təşkilatları və deputatlardan Azərbaycana DƏSTƏK

Parlament

20 İyul 2020, 16:04

Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı bir sıra ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatları Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış etmişlər.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və çoxsaylı millət vəkilləri, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk, həmçinin Azərbaycanla dostluq qrupu, Pakistan-Azərbaycan dostluq qrupunun həmsədri, Pakistan Senatının Daimi Komitəsinin sədri Muhəmməd Talha Mahmud, İtaliya Senatının üzvləri Vito Petroçelli, Maria Rizotti, Rossana Boldi, Stefano Luçidi, Cianluka Kastaldi, Paolo Qrimoldi, Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası, Meksika-Azərbaycan dostluq qrupunun sədri Aqustin Qarsia Rubio, Braziliya Deputatlar Palatasında dostluq qrupunun rəhbəri Klaudio Kaxado, İran Parlamentinin deputatları, İctimai Komissiya sədrinin müavini Vali İsmaili, İndoneziya Nümayəndələr Palatasının üzvü Anqiya Erma Rini, İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycanı dəstəkləyən bəyanatlar vermişlər.

 

Bəyanatlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir, Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat qəti şəkildə pislənir və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulanır. Eyni zamanda Ermənistan tərəfindən artıq 30 ilə yaxın davam edən işğal faktının beynəlxalq hüququn norma və prinsiplərinə tam zidd oluduğu ifadə edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?