Modern.az

Azərbaycanda daha 347 nəfər virusa yoluxdu, 531 nəfər sağaldı - 6 ölüm

Azərbaycanda daha 347 nəfər virusa yoluxdu, 531 nəfər sağaldı - 6 ölüm

23 İyul 2020, 16:42

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib, 7 615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə ümumilikdə 658 782 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub