Arxiv
26 İyul 2020, 11:08 | TƏHSİL
DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

Dövlət İmtahan Mərkəzi (DİM) 29 və ya 30 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib. 

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, iştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

 

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.


Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.


29 və ya 30 iyul tarixlərində (Qrafik) imtahan verən şəxslər DİM-in saytında yerləşdirilmiş müvafiq keçidlər vasitəsilə “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni” çap edə bilərlər:


–     9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;


–    əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;


–   Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;


–     Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;


Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. 

İmtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imzası ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. 


Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə son sutkada daha  22  nəfər koronavirusdan öldü 14 Avqust 2020, 21:50 Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçildi 14 Avqust 2020, 21:33 Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46