Modern.az

Komitə sədri: Sosial mediadan istifadə edərkən müharibə şəraitində olduğumuzu unutmayaq!

Komitə sədri: Sosial mediadan istifadə edərkən müharibə şəraitində olduğumuzu unutmayaq!

Aktual

31 İyul 2020, 08:27

“Sosial media platformalarından istifadə edərkən müharibə şəraitində yaşadığımızı unutmamalıyıq”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. O qeyd edib:

“Sosial şəbəkələrdən geniş istifadə düşmənlərimizə elektron rabitə xətlərimizə intensiv hücumlar həyata keçirmələri və vətəndaşlarımıza birbaşa təsir etmələri üçün əlverişli fürsətlər verir. 2016-cı ilin aprel döyüşləri zamanı, həmçinin bu ilin iyul ayında Tovuz rayonu istiqamətində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanda və ondan kənarda yaşayan sosial media və digər onlayn platforma istifadəçilərinin müəyyən bir qismi erməni xüsusi xidmət orqanlarının və  bəzi azərbaycanlı jurnalist, bloger və digərlərinin apardıqları dezinformasiya, əks-təbliğat və qara piar kimi kampaniyalarının qurbanı oldular, bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuolunmaz  fikirlərin təbliğatçısına çevrildilər. Həm Azərbaycan-Ermənistan dövlət sərhəddində, həm də xarici ölkələrdə baş verən qarşıdurmalarda Azərbaycan dövlətini, azərbaycanlıları günahlandıranların, bunu uydurma və saxta məlumatlara əsaslanaraq hər zaman təbliğ edənlərin əsas məqsədi Ermənistan və havadarlarının ölkəmizə qarşı təcavüzkar siyasətini dəstəkləmək məqsədi daşıyır.  Real müharibə zamanı əsl hədəf düşmən qoşunları, komandirlərinin zəkası olduğu halda, virtual savaşda əsl hədəf vətəndaşlarımızın düşüncəsinə təsir etməkdir. Bu baxımdan əvəzolunmaz platforma olan sosial şəbəkələr təhlükəsizliyimizə qarşı fəaliyyətlər üçün geniş imkanlar yaradır və  bunun qarşısının alınmasında hər bir vətəndaşımız ehtiyatlı davranmalıdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir