Modern.az

Daha 42 azərbaycanlı gəmi ilə Vətənə GƏTİRİLDİ

Daha 42 azərbaycanlı gəmi ilə Vətənə GƏTİRİLDİ

1 Avqust 2020, 22:15

COVİD-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVİD-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyə edib.

Azərbaycanın Aktaudakı baş konsuluğundan Modern.az-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVİD-19 testindən keçiblər.

Ümumilikdə, bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi