Modern.az

Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu keçdi

Aktual

2 Avqust 2020, 10:26

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 18 milyon 23 min 614-ə çatıb.

 

Modern.az bu barədə "Worldometer"ə istinadən məlumat verir.

 

Dünyada koronavirusa yoluxma halı ən çox ABŞ-da qeydə alınıb (4 milyon 764 min 318).

 

ABŞ-dan sonra koronavirusa yoluxma sayının ən çox qeydə alındığı ölkələrin sıralaması belə gəlir:

 

Braziliya (2 milyon 708 min 876), Hindistan (1 milyon 751 min 919), Rusiya (845 min 443), Cənubi Afrika (503 min 290), Meksika (434 min 193), Peru (422 min 183), Çili (357 min 658), İspaniya (335 min 602), İran (306 min 752), Kolumbiya (306 min 181), Böyük Britaniya (303 min 952), Pakistan (279 min 146), Səudiyyə Ərəbistanı (277 min 478), İtaliya (247 min 832) və Banqladeş (239 min 860).

 

Türkiyədə yoluxma sayı 231 min 869-a çatıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir