22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
2 Avqust 2020, 21:12 | ƏDƏBİYYAT
Adını ad eləyən POLAD

Osman Fərmanoğlu

Ad var insanı, insan var adı yaşadır, böyüdür, şirələndirir, dada gətirir, sevənlərinin gözündə gözmuncuğuna döndərir.

12 iyul 2020-ci il… Ömrümə yazılan iki qəmli yazı. Kənddən zəng elədilər ki, atan rəhmətə gedib. Lənət koronavirusa, icazə alıb yola çıxmaq viza almaq qədər uzun, qəmli yol. Dəfnə çata bilməsək də, qəbrini görə bildik… Atam deyirdi ki… Axşam geri dönəndə Əlibəyli kəndinə ermənilərin hücumu və itkilər haqqında kədərli sözlər beynimizi döyəcləyirdi. Atam deyirdi ki, əslimiz Əlibəyli kəndindəndir . Babalarımız Əlibəylidən gəlib, dağlar qoynunda yerləşiblər.
İndi Əlibəyliyə atılan güllələr Şınıxda əks- səda verir, barıt qoxusunu bir az da artırırdı.

 

13 iyulda Gəncədən bizi Bakıya gətirən taksinin sürücüsü vətənpərvər oğlandı… Düz Gəncədən çıxandan: -- axşam yığışmışdıq Tovuza gedək, bu gecə gedəcəyik. Tovuzu tək qoymaq olmaz. Qoy dığalar bilsin ki… Sonra da Rusiyada nə qədər qohumu, dostu var, hamısına xəbər verdi.  -- ayə, gəlin, ey, gəlin bu murdarların dərsini verək, --söyləyirdi.

 

İnsanın qəhrəmanlığı uzun illərə sığdığı kimi, bir anda da tutunur. Bir anda qərar verib, özünü tankın altına atan, minanı bədəni ilə örtən oğullarımız o qədər ki… Ölümləriylə neçə ömrü uzadan belə adilər bir anda qeyri-adiyə çevrilirlər, ölümsüz olurlar… Mehdi kimi, Qafur kimi, Gəray kimi.

 

14 iyulda ürəkləri parçalayan: ermənilər generalımızı vurublar, xəbəri yayıldı, hamını yandırıb—yaxdı. General--mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev… mayorlar olmaqla 12 nəfərin ölümü… Bir nəfər mülki vətəndaş idi, evində, həyətində vurmuşdular.

 

Mən Nikolay Ostrovskinin “Polad necə bərkidi” əsərini oxuyarkən insanın nələrə qadir olduğunu , mətinliyini , sınaqlardan necə çıxdığını görüb təəccüblənmişdim. Kimyada poladı almaq üçün dəmirin ərintisini karbonlaşdırırlar. Karbonu az vuranda çuğun, normada vuranda polad alınır. Deməli, polad bərkiyirmiş, onu əymək olmurmuş…

 


Polad Həşimov Əbülfəz Elçibəyin Türkiyəyə oxumağa göndərdiyi oğullardandır. Oxuyub, qayıdıb, canı, ruhu, düşüncəsi ilə VƏTƏN OĞLU olduğunu sübut edib. (Son vaxtlar yaxşı işlərin çoxunda Ə. Elçibəyin adı çəkilir. Az müddətdə necə çətin işlərin altına girmək olarmış?).

2016-cı ilin aprelindəki  döyüşlərdə göstərdiyi rəşadətə görə GENERAL- MAYOR rütbəsi alıb. Talış kəndini ermənilərdən geri qaytarıb, oraya Azərbaycanın üçrəngli bayrağını sancıb. Xəyanətkar əllər bayrağı çıxarıb, geri çəkilməsini tələb ediblər. Tələbə əməl etməyərək istefa ərizəsi yazıb. Prezidentin işə qarışmasından sonra istefa verməyib. Talış yüksəkliyini azad edəndə əsgərlərimizə bir şeir yazmışdım, ürəyim atlana—atlana;

 

Əsgər balalara


Bir işıq şüası keçdi ömrümdən,
Ətirə bələdi yovşanlı çölü.
Burda Qazi olmaq keçir könlümdən,-
Burda Şəhidlik də gözlərdə gülür.

 

Deyəsən, dediyim sabahdı gələn,
Yürüyən qardaşım, qoluna qüvvət.
Səndən irəlidə alov yüksələn
Daşlı, qapçığalı yoluna qüvvət.

 

Nə yaxşı çıxmısan Lələtəpəyə,
Bax gör, görünürmü Cəmilin evi.
Əyil, yerdən qaldır düşən örpəyi,
Oğuz torpağının basılmaz devi.

 

İndi Qarabağın bayrağı sənsən,
Bütöv Azərbaycan səndən başlayır.
Qələbənin ilkin varağı sənsən,
Mətin addımından Vətən başlayır.

 

Talış yüksəkliyi sənin əlində,
Yetər, aman vermə qaçan dığaya.
Basdır alçaqları güllə selində,
Dılğırlar neyləyər div- əjdahaya.

 

İrəli, irəli Şuşaya sarı,
Dillən şövqə gətir Xarı bülbülü.
Aşıqlı, Yaxşılı Laçın dağları
Yolunu gözləyir boynu bükülü.

 

Əsgərim, qardaşım, ölməz ümidim,
Sənin yerişinlə açılır sabah.
Tətiyi çəkilən silah kimidi,-
Bütün Azərbaycan ayaqdadı, bax!
5 aprel 2016.

 

Sən demə, can bahasına alınan Talış kəndi süd pulu kimi "geri" qaytarılıb -- qeydsiz--şərtsiz.
O tələb eləyən kim olub? Səlahiyyətini aşaraq necə tələb eləyə bilib? Elə sual kimi də qalıb. Əl üstə olan əlin elədikləri bitmir ki… Türkiyədə təhsil alanları ümidləri tükənənə kimi qapı dalında saxladılar və fürsət gözlədilər. Fürsət düşəndə gözlərini də qırpmadan istədiklərini elədilər… Polad kimi.

 

Gözəl şairimiz Ələkbər Salahzadənin bir şeiri var:


Soruşdum kimin oğlusan,
Böyüyü dedi:
Umudun oğluyam.
Balacası özü dindi:
Mən də Umudun oğluyam.

 

Polad Həşimov özündən sonra əyilməyən adını qoyub getdi. O adın kölgəsində nə qədər Poladlar doğulacaq. Ümid-ümid böyüyüb POLADLAŞACAQLAR!

 

Müəllim jurnalda adları oxuyanda yerdən :
--Polad…
--Polad…
--Mənim də adım Poladdır ,--deyənlər də Polad Həşimovun adından ad aldıqlarını qürurla danışacaqlar…
Var olsun Poladlarımız.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək” 22 Sentyabr 2020, 14:17 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:12 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06 Ceyhun Bayramov protokol idarəsinə yeni rəis TƏYİN ETDİ 22 Sentyabr 2020, 12:00 Koronavirusa görə bağlanan bazar yenidən AÇILDI 22 Sentyabr 2020, 11:55 Ermənistan müxalifəti ümumrespublika mitinqinə HAZIRLAŞIR 22 Sentyabr 2020, 11:50 Gürcüstandan bəzi türk dövlətlərinə NÜMUNƏ: Yerevanın istəyini rədd edib 22 Sentyabr 2020, 11:44 Bakı metrosunda növbəti nasazlıq - İnterval artdı 22 Sentyabr 2020, 11:38 Elmar Qasımov BANM-ə qəbul olan tələbələrlə görüşüb 22 Sentyabr 2020, 11:33 Silvestr Stallone yetim qaldı 22 Sentyabr 2020, 11:28 Naxçıvanda komandirlər hazırlıq toplantısına cəlb olunub 22 Sentyabr 2020, 11:22 “Tarixən ermənilər vətənsiz insanlar olublar” - Deputat 22 Sentyabr 2020, 11:16