Arxiv
3 Avqust 2020, 20:44 | AKTUAL
Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək

Bu gün  Çin Xalq Respublikasının (ÇXR) Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında pandemiya ilə mübarizə məqsədilə tibbi ekspert qrupunun Azərbaycana göndərilməsi barədə nota mübadiləsinin imzalanma mərasimi keçirilib.

Modern.az   xəbər verir ki, nota mübadiləsini Azərbaycan hökuməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, ÇXR hökuməti tərəfindən isə həmin ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Guo Min imzalayıblar.

Hazırda ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirən R.Bayramlı deyib: “Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verirlər. İndiyədək müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlər, dövlət başçılarının münasibətləri ikitərəfli əlaqələrin inkişafına çox böyük töhfə verib. Səhiyyə və sosial sahələrdə də Çin ilə yaxşı əlaqələr mövcuddur. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib. Çin Xalq Respublikası da öz növbəsində ölkəmizə dəstək göstərib, fərdi qoruyucu vasitələr və bəzi tibbi avadanlıqlar göndərib”.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi öz fəaliyyətində beynəlxalq təcrübəyə çox böyük önəm verir. Bir çox xarici ölkələrlə bizim ikitərəfli münasibətlərimiz var, onlayn videokonfranslar və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə təcrübə mübadiləsi aparırıq. “O cümlədən də Çin Xalq Respublikasının bu sahədəki təcrübəsini biz yaxından öyrənirik. Aylardır ki, bu sahənin müxtəlif mütəxəssisləri ilə əlaqə saxlayır, onlayn videokonfranslar keçirir, təcrübəyə uyğun olaraq müalicə, diaqnostika protokollarında müvafiq korreksiyalar edirik. Çindən gələn həmkarlarımız 15 gün bizimlə bərabər olacaqlar. Onlar bizə həm metodoloji dəstək verəcək, həm də bundan sonrakı mərhələdə işbirliyimizi müzakirə edəcəyik. Metodoloji baxımından Çində xəstəliyin qarşısının alınması istiqamətində tətbiq olunan tədbirləri üz-üzə müzakirə etmək imkanımız olacaq. Biz də, öz növbəmizdə, Azərbaycanın indiyədək həyata keçirdiyi tədbirlərlə bağlı təcrübəmizi paylaşacağıq. Qarşılıqlı fikir mübadiləsi aparılacaq. Ola bilsin ki, protokollarda gələcəkdə nəzərdə tutulan fəaliyyətdə buna uyğun düzəlişlər edilsin”, - deyə Ramin Bayramlı vurğulayıb.

TƏBİB-in İdarə Heyətinin sədri deyib ki, hazırda çox önəmli məsələlərdən biri ölkəmizdə bu sahədə elmi tədqiqatlara start verilməsidir. Ölkə rəhbərliyinin göstərişinə əsasən biz əhali arasında xəstəliklə bağlı müəyyən tədqiqatlara başlayırıq. Yəni, seroloji testlər aparılacaq və onların nəticələri analiz olunacaq. Eyni zamanda, Çində aparılan tədqiqatlarla bağlı məsələni də müzakirə etmək imkanımız olacaq. Aparacağımız tədqiqatların istiqaməti birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək. Bundan başqa, çox vacib elmi istiqamətlərdən biri vaksinasiya məsələsidir. Dünyanın bir çox ölkələrində, o cümlədən Çində COVID-19 xəstəliyinə qarşı vaksin hazırlanmasına dair elmi tədqiqatlar aparılır. Ölkəmiz də tədqiqatlara daxil olmağı və prosesdə iştirak etməyi planlayır. Bunun hansı istiqamətdə və necə olacağı planlaşdırılacaq, güman edirik ki, istər diaqnostik, istər müalicə, istərsə də gələcəkdə konkret olaraq dərman tapılması istiqamətində aparılacaq tədqiqatlar baxımından ölkəmiz proseslərdə fəal iştirak edəcək. Bizim bu məqsədlə elmi komitəmiz fəaliyyət göstərir. Komitənin üzvləri də kifayət qədər peşəkar mütəxəssislərdir və daim xarici həmkarlarla fikir mübadiləsi aparırlar. Aparacağımız tədqiqatların istiqaməti birlikdə müzakirə olunacaq və qarşılıqlı məsləhətləşmələr əsasında müəyyənləşdiriləcək.

Ramin Bayramlı qeyd edib ki, sabahdan etibarən Çinin tibbi ekspert qrupu ölkəmizə gələcək. Onlar özləri ilə birgə bəzi tibbi cihaz və avadanlıqlar da gətirəcəklər. Avqustun 5-dən etibarən bərabər çalışmağa başlayacağıq. Əvvəlcədən razılaşdırdığımız 15 günlük proqram var.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Guo Min isə bildirib ki, hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirirlər. Dünyada davam edən qlobal pandemiya şəraitində Çinin Azərbaycana zəngin təcrübəyə malik 10 nəfərlik ekspert qrupunu göndərməsi ölkələrimiz arasındakı sıx dostluq və tərəfdaşlığın bariz nümunəsidir. Diplomat deyib ki, tibbi ekspert qrupunun üzvləri Siçuan əyalətinin məşhur hospitalının əməkdaşlarıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53 ABŞ hərbçiləri Fars körfəzinə daxil oldu 19 Sentyabr 2020, 00:34 Bakıda 33 yaşlı kişi intihar cəhd etdi 19 Sentyabr 2020, 00:17 Paytaxtda daha 2 gün ictimai nəqliyyat işləməyəcək 19 Sentyabr 2020, 00:02 Yunanıstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı 18 Sentyabr 2020, 23:52