Modern.az

Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü

Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü

3 Avqust 2020, 21:12

Əfqanıstanın Cəlalabad şəhərində həbsxanaya hücum nəticəsində azı 29 nəfər həlak olub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, əvvəlcə kamikadze bomba yüklü avtomobili həbsxana yaxınlığında partladıb. Ardınca silahlı şəxslər həbsxana binasına daxil olub. 17 saata yaxın davam edən toqquşma nəticəsində hücum dəf edilib. Hücumda iştirak edən silahlılardan beşi öldürülüb. Həmçinin hücum zamanı həbsxanadan qaçmağa çalışan 700-ə yaxın məhbusun tutulduğu bildirilir.

Hücumla bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...