Arxiv
3 Avqust 2020, 21:41 | TƏHSİL
Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi məcburi köçkün məktəblərində təhsil alan şagirdlər üçün onlayn təhsil resurslarından istifadə ilə bağlı təlim keçib.

 

Bu barədə Modern.az-a məlumat verən mərkəzin sədri Gülsarə Həsənova bildirib ki, təlim  “Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilib: “Microsoft Teams” proqramı üzərindən keçirilən onlayn təlim “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Baş təlimçisi Xalid Çəndirli tərəfindən aparılıb.  Təlimdə Abşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən  Kəlbəcər rayon 56 saylı  saylı tam orta məktəbdə təhsil alan  33 şagird iştirak edib. Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunub. "Virtual məktəb” layihəsi həm müəllimlər, həm də şagirdlər üçün nə qədər uğurlu olsa da, ilk dəfə tətbiq olunduğundan istifadə zamanı müyyən çətinliklər yaranırdı. Onlayn dərs prosesi zamanı şagirdlərin çoxu ağıllı telefondan istifadə etdiyindən bəzi şagirdlər proqramdan istifadədə problemlə qarşılaşırdı. Biz də bu təlimlərlə  həm təhsilverənlərin, həm də təhsilalanların  rəqəmsal bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi üçün onlara dəstək göstərməyə çalışırıq. Təlim zamanı “Microsoft Teams” proqramından istifadədə əvvəlki zamanlarda şagirdlərin qarşılaşdığı bir çox problemlərin həllini tapdığına ümid edirik”.


 “Microsoft Teams” proqramı üzərindən keçirilən təlim zamanı “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Baş təlimçisi Xalid Çəndirli iştirakçılara "virtual məktəb"də qeydiyyat, “Microsoft Teams” proqramından  istifadə, onlayn test tapşırıqlarının icra edilməsi, onlayn sinif iclaslarında iştirakla bağlı məlumat verib.  Həmçinin, iştirakçılara portalda keyfiyyətli görüntülü, audio dərslərdə iştirak prosedurları praktiki olaraq göstərilib.  Bundan başqa şagirdlərə www.e-derslik.edu.az, www.e-resurs.edu.az,  www.e-test.edu.az,  www.video.edu.az elektron resursları və onlardan istifadə ilə bağlı məlumat verilib.


Eyni zamanda iştirakçılar “Microsoft Teams” proqramı üzərindən praktiki tapşırıqları icra edib.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53 ABŞ hərbçiləri Fars körfəzinə daxil oldu 19 Sentyabr 2020, 00:34 Bakıda 33 yaşlı kişi intihar cəhd etdi 19 Sentyabr 2020, 00:17 Paytaxtda daha 2 gün ictimai nəqliyyat işləməyəcək 19 Sentyabr 2020, 00:02