Modern.az

Sosial Xidmətlər Agentliyi yetkinlik yaşına çatmayanlarla bağlı tədbirlər görəcək

Sosial Xidmətlər Agentliyi yetkinlik yaşına çatmayanlarla bağlı tədbirlər görəcək

4 Avqust 2020, 11:31

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyi yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası istiqamətində də tədbirlər həyata keçirəcək.  


Nazirlikdən Modern.az-a bildirilib ki, qurum xüsusilə də  yetkinlik yaşına çatmayanların tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işlər aparacaq.  


Bu məqsədlə Agentliyin Nizamnaməsində onun üçün konkret istiqamətlər üzrə hüquq və vəzifələr müəyyən edilib. 


Publik hüquqi şəxs olan Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə, ailələrə “Sosial xidmət haqqında” Qanunla müəyyən olunmuş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...