Modern.az

Ziyarətgaha gedən 19 nəfər cərimələndi

Ziyarətgaha gedən 19 nəfər cərimələndi

4 Avqust 2020, 12:01

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, 20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub.

Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol tərtib edilərək, cərimə olunublar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?