Modern.az

Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ

Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ

Aktual

4 Avqust 2020, 12:34

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Modern.az-a verilən məlumata görə, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2893 fakt aşkar olunub:

“Onlardan 1015-i narkotik vasitələrin qanunsuz satışı, 1665-i qanunsuz əldə edilib saxlanılması, 170-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya edilməsi, 43-ü isə digər cinayətlərlə bağlı olub.

 Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan  2 ton 309 kq 543,2 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 460 kq 615,3 qr-nı heroin (63,2%), 524,2 kq-nı marixuana (22,6%), 168 kq 675,3qr-nı tiryək (7,3%), 20 kq 469,8 qr-nı həşiş (0,8%), 394 qr-nı kokain (0,01%) narkotik vasitələr, 135 kq 091,2 qr-nı psixotrop maddələr və digərləri (5,8%) təşkil edib.

Həmçinin hesabat dövründə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 926,5 hektar sahədən çəkisi 90 ton  163 kq 710,6 qr  (+16 ton 271 kq 409 qr) olan 271 min 712ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydaya uyğun olaraq məhv edilib”.

6 ay ərzində cinayət məsuliyyətinə 1933 nəfər cəlb edilib ki, onlardan 16-18  yaşadək 4 nəfər, 18-25 yaşadək 170 nəfər, 26-29 yaşadək 341 nəfər, 30 yaş və ondan yuxarı isə 1418 nəfər təşkil edir.

 

Rəsmi məlumata görə, məsuliyyətə cəlb olunanlardan 85-i  fəhlə, 5-i qulluqçu, 2-si vəzifəli və maddi məsul şəxs, 2-si nəqliyyat işçisi, 3-ü kənd təsərrüfatı işçisi, 9-u əvvəllər xüsusi qeydiyyatda olan, 545-i əvvəllər cinayət törətmişlər, 1307-si işləməyən, 1890-ı  kişi, 43-ü qadın, 49-u isə  xarici ölkə vətəndaşı olub:


“Məsuliyyətə cəlb edilmiş 49 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 8-i Gürcüstan, 13-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Pakistan vətəndaşı olmuşdur. Onlardan çəkisi  448,3 kq müxtəlif növ narkotik vasitə, 13 kq 314,8 qr psixotrop maddə, 950 qr həb, 98 kq 028,7 qr (635 ədəd) çətənə bitkisi götürülüb.

 

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4732, ötən 6 ay ərzində bu növ cinayətlərə görə həbs olunmuşların sayı 1661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2740 nəfərdir.

Hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ölkə ərazisinə gətirilməsi ilə bağlı 143 fakt aşkar edilmiş,faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə aşkar edilmiş cinayətlərin 194-ü qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 769,6 kq narkotik vasitələr müsadirə edilib.

Qeydə alınmış cinayətlərin 822-si isə əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilmiş və onlardan 208,4 kq  müxtəlif növ narkotik vasitələr götürülüb”.  

 

Həmçinin qeyd olunub ki, ötən ilin 1-ci yarımili ilə müqayisədə cari ilin müvafiq dövrü  ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 340, qanunsuz satışı ilə bağlı faktların sayı 308, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, qrup şəklində törədilmiş cinayətlərin sayı 47 fakt,  ümumilikdə aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 658 kq 793,9 qr, yabanı halda müyyən edilmiş narkotik xassəli bitkilərin yaş kütləsi 16 ton 271 kq 409 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 250 nəfər artıb, 16-18 yaşadək olanların sayı 1, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının  sayı 7 nəfər azalıb. Qaçaqmalçılıqla bağlı aşkar edilən faktlarin sayı 108 fakt azalsa da, faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotiklərin çəkisi 400,4 kq çox olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir