Arxiv
4 Avqust 2020, 12:51 | DİASPOR
Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO

İsveçrədə yaşayan 13 yaşlı azərbaycanlı bloger Ilkin Səfərli Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasətinə etiraz əlaməti olaraq dünya ictimaiyyətinə müraciət edib.

Modern.az xəbər verir ki, Cenevrədəki beynəlxalq məktəbdə təhsil alan yeniyetmə soydaşımız Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edildiyi, 30 ildir həmin bölgədə qeyri-qanuni qondarma rejimin fəaliyyət göstərdiyi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən uzaqda yerləşən Tovuz istiqamətindəki dövlət sərhəddinə hücum etdiyi, Azərbaycan diasporunun xaricdə keçirdiyi etiraz aksiyaları barədə ətraflı məlumat verib. Onun müraciəti görüntülərlə və məntiqli suallarla müşayiət olunub.

 

O, Tovuz təxribatından sonra dünya azərbaycanlılarının xarici ölkələrdə dinc və sivil qaydada etiraz aksiyaları keçirdiyinə, özünün də azərbaycanlı icmasının BMT-nin Cenevrədəki mənzil-qərargahının qarşısında gerçəkləşdirilən mitinqdə iştirak və cıxış etdiyinə, xalqımızın sülh yolu ilə haqqı tələb etdiyinə diqqəti cəlb edib. Azərbaycan diasporunun Ermənistanın faşist mahiyyətli siyasətinə qarşı bütün dünyada ayağa qalxmasından sonra ermənilərin barbar və terrorçu xisləti ilə Los-Ancelesdə, Brüsseldə və Londonda azərbaycanlı etirazçılara hücum etdiklərini, Kiyevdə gecə 4 tələbəni güllələyərək yaraladıqlarını vurğulayıb.

Bloger azərbaycanlıların və ermənilərin aksiyalarını müqayisə edib. Bu zaman onun təqdim etdiyi görüntülərdə azərbaycanlıların bütün hüquqi və davranış qaydalarına riayət etməsi, ermənilərin isə Azərbaycanın dövlət bayrağına qarşı yolverilməz və təhqiramiz hərəkətləri, onların soydaşlarımıza hücumları nümayiş etdirilib.

 

Azyaşlı soydaşımız dünya ictimaiyyətinə müraciət edərək, torpaqlarımızın erməni işğalından dinc yolla azad edilməsinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına çağırış edib.

Onun cıxışı "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Mən Azərbaycandanam və Biz sülh istəyirik!" şüarları ilə yekunlaşıb.

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53 ABŞ hərbçiləri Fars körfəzinə daxil oldu 19 Sentyabr 2020, 00:34 Bakıda 33 yaşlı kişi intihar cəhd etdi 19 Sentyabr 2020, 00:17 Paytaxtda daha 2 gün ictimai nəqliyyat işləməyəcək 19 Sentyabr 2020, 00:02