Arxiv
4 Avqust 2020, 13:04 | AKTUAL
3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apardığı araşdırmalar zamanı elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda bəzi vergi ödəyiciləri tərəfindən sui-istifadə faktlarının mövcud olması müəyyən edilib.

Qurumdan Modern.az-a verilən məlumata görə, iyun ayı ərzində ƏDV-nin geri qaytarılması üçün portala 4,9 milyon çek daxil edilib:

 

“Bu çeklərdən 3,3 mini üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib. Araşdırmalar nəticəsində məlum olub ki, dəyəri 2 min manatdan aşağı olan 1.914 çek üzrə imtina hallarına səbəb satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 30 gün keçdikdən sonra sistemə daxil edilməsi olub.

 

Həmçinin dəyəri 2 min manatdan yuxarı olan 1.382 çek üzrə müraciət təsdiqini tapmayıb. Buna səbəb isə  1.171 çek üzrə məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi müəyyən olunub. Belə malın adının “Sərbəst satış”, “Satış”, “Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmaması halları qeydə alınıb. Bu səbəbdən onların da təsdiqindən imtina edilib. 

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığına görə 107 çek, mal qalığının silinməsi və topdan satış ehtimallarının olması səbəbindən isə müvafiq araşdırma aparılmış 105 çek üzrə müraciət sistem tərəfindən qəbul edilməyib”. 


Qeyd edək ki, edvgerial.az portalına müraciətlər üzrə bütün araşdırmalar qaydaların tələblərinə müvafiq olaraq 30 gün ərzində aparılır.


“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” ilə bağlı qaydalara əsasən, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir. Bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu səbəbdən vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir. Eyni zamanda, istehlakçılar vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın adının əks olunmasına diqqət yetirməli və çekin düzgün verilməsini tələb etməlidirlər. 

 

Xatırladaq ki, Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi davam edir. Bu sahədə tətbiq edilən mexanizmə əsasən alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır.

 

Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Vəsaitin qaytarılması ilə bağlı proseslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış www.edvgerial.az portalı üzərindən aparılır. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ 23 Sentyabr 2020, 01:36 Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏLƏR 23 Sentyabr 2020, 00:56 Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat 23 Sentyabr 2020, 00:38 Koronavirusa görə məhdudiyyətlər daha 6 ay uzadılıb 23 Sentyabr 2020, 00:24 Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO 23 Sentyabr 2020, 00:09 ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır 22 Sentyabr 2020, 23:35 Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO 22 Sentyabr 2020, 23:17 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir” 22 Sentyabr 2020, 22:59 Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI 22 Sentyabr 2020, 22:48 BMT-də islahatlar zamanıdır...   22 Sentyabr 2020, 22:45 Zelenski Prezident İlham Əliyevə  zəng edib 22 Sentyabr 2020, 22:37 Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi 22 Sentyabr 2020, 22:23 Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI 22 Sentyabr 2020, 22:09 “Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmayacağıq” - Ərdoğan 22 Sentyabr 2020, 21:53 Paytaxtda ağır qəza: 4 piyada vuruldu 22 Sentyabr 2020, 21:42 Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq 22 Sentyabr 2020, 21:31 Bakının üç rayonu  qazsız qalacaq 22 Sentyabr 2020, 21:24 Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir” 22 Sentyabr 2020, 21:24 Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO 22 Sentyabr 2020, 21:20 Quba sakini intihar etdi 22 Sentyabr 2020, 21:11 Nobelçilər Baydeni dəstəkləyir 22 Sentyabr 2020, 20:59 İlham Əliyev və Ərdoğan cəbhədəki erməni təxribatını müzakirə etdilər 22 Sentyabr 2020, 20:46 Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü 22 Sentyabr 2020, 20:41 Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir 22 Sentyabr 2020, 20:30 Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirir 22 Sentyabr 2020, 20:17 Göygöldə qayadan yıxılan oğlan xəstəxanada öldü 22 Sentyabr 2020, 20:04 Sahibə Qafarova: “Ermənistan böyük müharibəyə hazırlaşır” 22 Sentyabr 2020, 20:00 Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ   22 Sentyabr 2020, 19:53 Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfirini qəbul edib 22 Sentyabr 2020, 19:47 Diplomatların xaricdən Azərbaycana avtomobil gətirməsi qaydaları SƏRTLƏŞDİRİLDİ 22 Sentyabr 2020, 19:41 Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olundu 22 Sentyabr 2020, 19:35 Prezident İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipal mövqeyini bir daha bəyan etdi   22 Sentyabr 2020, 19:27 AMEA-da işçi qrup yaradıldı 22 Sentyabr 2020, 19:18 Prezident dövlət qurumunun adını DƏYİŞDİRDİ 22 Sentyabr 2020, 19:09 Energetika Nazirliyinə yeni səlahiyyət verildi 22 Sentyabr 2020, 19:00