Arxiv
5 Avqust 2020, 13:14 | REPORTAJ
Xarabaya çevrilən Beyrut limanının strateji əhəmiyyəti ...

Ölkə iqtisadiyyatının əsas onurğa sütunu sayılan, partlayış nəticəsində məhv edilən Aralıq dənizinin ən böyük limanlarından biri olan Beyrut limanı, Osmanlı dövründə 1984-cü ildə genişləndirilərək açılmış, 1925-ci ildə bir müddət Fransızların əlində qaldıqdan spnra, 1960-cı ildə Livanın hakimiyyətinə keçib.

Modern.az məlumat verir ki, Livanda böyük bir partlayış nəticəsində məhv edilən Aralıq dənizindəki ən böyük limanlardan biri olan Beyrut Limanı (BL) ölkə iqtisadiyyatının əsas onurğa sütunu hesab edilirdi.

 

Partlayış nəticəsində ağır şəkildə məhv edilən BL paytaxtın şimalında, Aralıq dənizi sahillərində yerləşir. Livan dağlarının ətəyində yerləşən liman, Şərqi Aralıq dənizinin ən böyük və ən işlək limanlarından biri olaraq Livan iqtisadiyyatında mühüm rol oynayır.

 

 

Beyrut limanı nə zamandan bəri xidmət edir?

Beyrut limanı Roma İmperiyası dövründən bəri Livan və Suriyanı əhatə edən Levant bölgəsinin tarixi boyunca mühüm bir regional ticarət limanı və Şərq ilə Qərb arasında əhəmiyyətli bir iqtisadi əlaqə nöqtəsi  olub. Bu əhəmiyyət limanın Asiya və Afrika qitələrinin kəsişmə nöqtəsində, Aralıq dənizini Yaxın Şərqə birləşdirən nöqtədə yerləşməsindən irəli gəlir.

Livanda 1975-ci ildə başlayan vətəndaş müharibəsi əsnasında ciddi ziyan görən liman 1990-cı ildə müharibənin sonundan bəri yenidən qurulma və genişlənmə mərhələsinə daxil oldu.

 

 

Limanın quruluşu və sahib olduğu imkanlar

Beyrut Limanı 1,2 milyon kvadrat metr ərazini əhatə edir, həm sərnişin, həm də yük terminalı, konteyner, avtomobil, quru və maye yük və saxlama yerləri də var.

Limanın ümumi yük sahəsi 12 anbardan ibarətdir və tutumu 120 min ton olan bir taxıl anbarı var. BL eyni zamanda illik 1 milyon 200 min konteyner daşıma tutumuna sahibdir.

 

Limanın ümumi su hövzəsinin sahəsi 1 milyon 2 min kvadratmetr, ümumi dok uzunluğu 5 min 655 metrdir. Strateji yerləşməsi və imkanlarına görə liman, dünyanın ən böyük gəmi şirkətləri tərəfindən transfer mərkəzi olaraq istifadə olunur.

 Livan iqtisadiyyatında həyati əhəmiyyətə malik olan Beyrut limanı həm də ölkəyə gətirilən məhsulların əksəriyyətinin giriş nöqtəsi kimi tanınır.

 

Beyrut limanının strateji əhəmiyyəti nədir?

Beyrut limanı şərqi Aralıq dənizinin ən əhəmiyyətli limanlarından biridir və Livanın dünyaya dəniz yolu ilə qapısıdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən 2018-ci ildə dərc edilmiş "Transfer Bağlantı Xətti" indeks hesabatına görə, liman fəaliyyətinə görə dünyada 171 liman arasında 38-ci yeri tutub.

 

Liman, geostrateji mövqeyinə görə İordaniya, Səudiyyə Ərəbistanı, İraq və digər Körfəz ölkələrini Aralıq dənizi ilə birləşdirən ən vacib limandır.

Onun haqqında məlumatların paylaşıldığı "portdebeyrouth" saytındakı məlumatlara görə, 2005-ci ildən bəri limanın ölkəyə qazandırdığı gəlir ildən-ilə getdikcə artır.

 

Saytdakı məlumatlara görə, Beyrut limanı 2005-ci ildə ümumi gəliri 89 milyon olduğu, 2017-ci ildə isə  bu məbləğin 313 milyon dollara yüksəldiyini görmək olar. Buradan gələn və Livan hökumətinin xəzinəsinə girən xalis mənfəətin 2005-ci ildəki 14 milyondan 2017-ci ildə 124 milyon dollara qədər artdığı bildirilir. 2002-ci ildə limanda cəmi 1029 nəfər işlə təmin edilsə də, texnoloji infrastrukturun inkişafı ilə işləyənlərin sayı 2017-ci ildə 281-ə enmişdir.

 

Qeyd edək ki, liman, həmçinin bir çox beynəlxalq gəmi şirkətlərinə Livanda fəaliyyət göstərməyə və həm yerli, həm də xarici işçilərin işləməsinə imkan verir.

Bundan əlavə, bir çox turist gəmiləri və digər dəniz gəmiləri, xüsusən də Beyruta gələnlər bu limanda dayanır  və ölkə iqtisadiyyatına böyük töhfələr verirlər.

 

Nargilə HƏSƏN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27