22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
5 Avqust 2020, 13:27 | AKTUAL
Müavini Fəttah Heydərovdan DANIŞDI: “Heç kəs düşünmürdü ki, qəfil aramızdan gedəcək”

“Fəttah Heydərovun dünyasını dəyişməsi xəbəri bizi çox təəssüfləndirdi.  O, Azərbaycan cəmiyyəti üçün yüksək xidmətləri olan, önəmli şəxs idi”.

Bunu Modern.az-a ötən gün vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov haqqında danışarkən Şuranın sədr müavini Sudeyif İmamverdiyev deyib. O qeyd edib ki, bütün fəaliyyəti dövründə Fəttah Heydərovun insanlara, dövlətçiliyimizə olan münasibəti son dərəcə xeyirli, əhəmiyyətli olub:

“O, Sovet dövründə müxtəlif mühüm vəzifələr daşıyıb, rayonlarımızda rəhbər məqamlarda çalışıb. Savadlı və geniş təfəkkür sahibi olan Fəttah Heydərov həmişə yaradıcılıqla məşğul olub. Yaşadığı, işlədiyi yerlərdə həmişə gördüyü abadlıq işləri, insanlara qayğısı, gələcəyə yol açması ilə seçilib. Onun haqqında hələ çox gənc yaşlarında Azərbaycanın rayonlarında birinci katib işlədiyi zamandan məlumatlı idim. İnsanpərvər, vətənsevər, dövlətçiliyə bağlı insan idi. Fəttah Heydərov müstəqillik illərində, Azərbaycandakı qarışıqlıq dövründə Naxçıvanda mühüm vəzifədə olub. Ulu öndərin tapşırıqlarını yerinə yetirib, ona dayaq olub. Fəttah Heydərovun həmin vaxt gördüyü əhəmiyyətli işlər heç zaman unudulmayacaq”.

 

Fəttah Heydərovun deputat kimi də xalqın sevgisini qazandığını vurğulayan S. İmamverdiyev mərhumun 1995-ci ildən indiyə qədər bütün çağırışlarda parlamentdə təmsil olunduğunu xatırladıb:

“Bütün işlərində olduğu kimi deputat fəaliyyəti əhəmiyyətli idi. Son illərdə Ağsaqqallar Şurasının sədri, mən isə müavini idim. Bu illərdə biz daha da yaxın olduq, respublikamızın rayonlarında müxtəlif görüşlərdə, tədbirlərdə iştirak etdik. Onun insanlara münasibəti, dövlətçiliyimizlə bağlı əhəmiyyətli fikirləri hər kəs tərəfindən çox xoş qarşılanırdı. Fəttah Heydərovun vəfatı bizim üçün böyük itkidir”.

 

Ağsaqqallar Şurasının bundan sonrakı fəaliyyətinə gəlincə sədr müavini bununla bağlı Fəttah Heydərovun tövsiyəsinin, vəsiyyətinin olmadığını söyləyib:

“Heç kəs düşünmürdü ki, Fəttah Heydərov qəfil aramızdan gedəcək. O işləyirdi, bizim planlarımız var idi. COVİD-19-la bağlı görüşləri bir müddətlik  təxirə salmışdıq. Amma yaxşı planlarımız var idi. Həm ağsaqqallarla, həm gənclərlə birlikdə görüşlər planlaşdırılırdı. Təəssüf ki, sədrin planlarını həyata keçirməyə imkanı olmadı. Ağsaqqallar Şurasının sədri isə seçki ilə müəyyənləşdirilir. Bu sonranın işidir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06 Ceyhun Bayramov protokol idarəsinə yeni rəis TƏYİN ETDİ 22 Sentyabr 2020, 12:00 Koronavirusa görə bağlanan bazar yenidən AÇILDI 22 Sentyabr 2020, 11:55