Arxiv
5 Avqust 2020, 14:43 | ƏDƏBİYYAT
Azərbaycanlı işçi Livanda “Hizbullah”a necə “ƏSİR DÜŞDÜ”...

Keçmiş jurnalist, hazırda OXFAM xarici humanitar təşkilatında çalışan və “Ataqam” imzası ilə ədəbi yazılarla çıxış edən Azər Həsənli “Beyrut partlayışı” ilə bağlı hadisələrin gündəmdə oluğunu nəzərə alaraq, illər öncə Livanda başına gələn maraqlı əhvalat barədə danışıb. Həmin vaxt o, OXFAM-ın əməkdaşı kimi Livanda ezamiyyətdəymiş...

Modern.az saytı Ataqamın əhvalatını təqdim edir:


“1999-cu il. Beyrutda işlərimi yekunlaşdırmışam, Həmrada gəzişirəm. Livanda bir məbəd var - Bəəlbək məbədi. Dünyanın yeddi möcüzəsindən biridir. Romalılar Yupiterin şəninə tikiblər. O məbəd Beyrutdan Dəməşqə tərəf iki satlıq yoldadır. Xariciləri ora buraxmırlar. Təhlükəli yerdir. Suriya əsgərlərinin nəzarətindədir.

Livana gələsən, Bəəlbəki görməyəsən?!

Taksi saxlayıram. Sürücü ingiliscə bilmir, mənim də ərəbcəm eləcə qəhvə almağa çatır. Əl-qolla danışırıq. İndi olmasın, 75 dollara aparıb-gətirməyi boynuna götürür. Krimişcə gedirik. Darıxıram. Maqnitofona işarə eləyib musiqi qoymasını istəyirəm. “Lə”-“yox” cavab verir. Maqnitofonun altı audiokassetlə doludu. Deyirəm, ərəb müsiqisini xoşlayıram. “Lə” deyib durur.

Bekaa vadisinin girişində yan-yana iri nəzir qutusu qoyublar. Saxlayırıq. Gedib pul atır. Mən də düşürəm. Bəəlbəkin eşqinə qutuya 10-dollarlıq atıram. Taksi sürücüsünün gözü işıqlanır, mənə mehriban-mehriban baxır.

Yenidən taksidəyik. Sürücü kassetlərin birini götürür maqnitofonun ağzına aparır, mənə baxıb irişir:

- Musiği?

- Şafla getsin, - deyirəm.

Musiqi... Sözləri ikicə sətirdən ibarət:

“Lə İləhə illəllah, (ləhli-lülü) Hezbullah”.

Qaqaşın qarnının ağrısını indi anlayıram. Bura - Bekaa vadisi, Nəbatiyyə bölgəsi şiələrin məkanıdır, burda Hezbullah at oynadır. (Beyrutda şiə-sünni, müsəlman-xristian söhbəti eləyənləri qulaqlayıb zirzəmiyə atırlar)

Bəəlbəkə az qalmış Suriya əsgərlərini görürük. Bizə mane olmurlar, keçib gedirik. Bəəlbək haqda təssüratımı yazmıram, Allah sizə qismət eləsin, gedin, özünüz görün!

Qayıdırıq. Kepkamı gözümün üstünə basmışam ki, banan, xurma, zeytun plantasiyaları Bəəlbək təəssüratımı yaralamasın.

Maşın dayanır. Əliavtomatlı əsgər pəncərəni döyür:

- Bassbort!

Pasportumu o tərəf-bu tərəfə çevirirlər, Firudin Şuşinski cəbrayıllılar haqda “bu xxx da təzə çıxdı?!” dediyi kimi məəttəl-məəttəl baxırlar.

- Yəhudi?

- “Yox” deyə bilən bütün orqanlarımla- dilimlə, əlimlə, başımla “yox”deyirəm.

- Yə-hu-diii, - ceyran ovlamış ovçu kimi içi gülür, qolumdan yapışıb maşından çıxardır.

Taksi sürücüsünə baxıram: büzüşüb, qorxudan sallaq qara bığları ağarıb.

Bir nəfər əlisilahlı qabağımca, biri də dalımca məni aparıb bir otağa salırlar. Pasportumu içəridəki uzunsaqqallıya verirlər.

- Yəhudi?! – adam da pasportumu vərəqləyib soruşur. Saqqalının uzunluğundan bu adamın əsgər olmadığını dərk eləyirəm. Güman ki, Hezbullahın "zampoliti"dir.

- Lə, muslim! – deyirəm, sonra da Azərbaycanın harda yerləşdiyini izah eləyirəm.

Üzündə “mənə nağıl oxuma” ifadəsi yaranır. Yavaşca əlavə eləyirəm: - “Şiə”. Yenə inanmır. Vərəq götürüb nəsə yazır. “Ölüm əmrimi yazır”-düşünürəm. Özümdən asılı olmadan “Fatihə” surəsini oxuyuram. Əlini saxlayıb dinləyir. Dinmir. Vaxt qazanmaq üçün bir də oxuyuram; can zəhrimar şirin şeydir. Yenə dinmir. Hiss eləyirəm ki, “ölüm, ya olum” sualının cavabını fikirləşir. Ayrı surələri əzbər bilmədiyimdən, “Kəlmeyi-şəhadət”i oxuyuram və təsirli çıxsın deyə, “Əliyyən vəliyyullah”ı deyəndə Ağalar müəllim kimi səsimi titrədirəm.

Yenə kirimiş durduğunu görüb, əl atıb uşaq vaxtı gilas ağacından yıxılanda təpəmin ortasında yaranmış çapığı göstərib, Həzrəti Hüseyn yolunda başımı qəməltilədiyimi də çatdırmaq istəyirəm, amma yadıma düşür ki, çapığın üstünü tük basıb.

Bu vaxt bir əlisilahlı əsgər taksi sürücüsünü yanımıza gətirir, mənim saqqallı “müstəntiq”imin qulağına nəsə pıçıldayır. Taksi sürücüsünün mənə baxıb gülümsədiyini görürəm. Ürəklənirəm. Müstəntiq ayağa durub yanıma gəlir, “xalas!” deyib əlini kürəyimə vurur.

Bizi mehribanlıqla yola salırlar.

Yolboyu taksi sürücüsündən bizi niyə rahatlıqla buraxdıqlarını öyrənməyə cəhd eləyirəm, məlum məsələdir, alınmır.

Bekaa vadisinin çıxışındakı həmin nəzir qutularının yanında dayanırıq. Sürücü məni çəkib qutulardan birinin yanına aparır, qutunu göstərib “Hezbullah, Hezbullah” deyir.

Tapmacanın cavabı tapılır: demə, mən o 10 dolları Hezbullaha keçiribmişəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan hərbi vəziyyət və səfərbərlik elan etməyə HAZIRLAŞIR 27 Sentyabr 2020, 12:23 Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir 27 Sentyabr 2020, 12:20 Türkiyə XİN: “Qardaş Azərbaycana dəstəyimiz tamdır” 27 Sentyabr 2020, 12:17 Ermənistan ölən hərbiçilərin adlarını açıqlamağa başlayıb - SİYAHI 27 Sentyabr 2020, 12:12 Millimizin futbolçusu ABŞ-da 11-ci qolunu vurdu 27 Sentyabr 2020, 12:12 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 27 Sentyabr 2020, 12:09 İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37