Modern.az

“Aeroflot” Bakıya reyslərin bir hissəsini ləğv edib

“Aeroflot” Bakıya reyslərin bir hissəsini ləğv edib

Aktual

6 Avqust 2020, 15:36

Rusiyanın “Aeroflot” aviaşirkəti avqustun 31-dək Bakıya müntəzəm reyslərin bir hissəsinin məcburi ləğvi barədə elan verib.

Modern.az-a bu barədə şirkətə istinadən məlumat verir.

 

Bundan başqa, avqustun 31-dək Aktau, Aktobe, Alikante, Almatı, Amsterdam, Dublin, Düsseldorf, Yerevan, Kişinyov, Şımkent və bir sıra digər istiqamətlərə də uçuşlar həyata keçirilməyəcək.

Məlumata əsasən, beynəlxalq reyslərin proqramında dəyişikliklər təyinat ölkələrində mövcud epidemioloji vəziyyətlər nəzərə alınmaqla edilib.

Şirkət bildirib ki, mayın 1-dən sonra ləğv olunan reyslərə bilet alan sərnişinlərə ödədikləri məbləğ geri qaytarılacaq. Mayın 1-dək bilet almış sərnişinlər vauçer rəsmiləşdirə bilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı