Modern.az

16 qəbilə başçısı koronavirusdan öldü

16 qəbilə başçısı koronavirusdan öldü

7 Avqust 2020, 16:10

Koronavirusun Amazon meşələrinə qədər yayıldığı Braziliyada, qabaqcıl qəbilə lideri koronavirusdan öldü.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Aritana Yawalapiti ölkənin ən nüfuzlu yerli liderlərindən biri və Yawalapiti dilində danışan son insanlardan biri olub. Virusa yoluxaraq, onu məğlub edə bilməyən  71 yaşlı Aritana koronavirusdan qaynaqlanab  ağciyər ağırlaşmasından xəstəxanada həyatını itirib.

 

Qeyd edək ki, Aritana Braziliyada yerli qəbilələrin qorunduğu bir parkın yaradılmasındaki rolu ilə məşhur idi. Yawalapitinin  təşəbbüsü ilə ölkədə ilk dəfə yerli sakinlər üçün xüsusi olaraq inşa edilmiş parkda 16 Amazoniya qəbiləsi yaşayırdı. 

 

Aritana-nın iki həftə əvvəl tənəffüs çətinliyi şikayəti ilə Goianiadakı bir xəstəxanaya aparıldığı və doqquz saatlıq bu səyahətdən sonra reanimasiyaya alındığı açıqlanıb. Nüfuzlu qəbilə başçısı elə bu xəstəxanada da ölüb.

 

Nargilə HƏSƏN

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir