Modern.az

Hakimliyə namizədlər yazılı imtahan veriblər

Hakimliyə namizədlər yazılı imtahan veriblər

7 Avqust 2020, 16:29

Dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tapşırıqlarına uyğun olaraq vakant hakim vəzifələrinə, o cümlədən yeni ayrılmış hakim ştatlarına namizədlərin seçilməsi prosesi davam edir.

 

Məhkəmə-Hüquq Şurasının Aparatından Modern.az-a bildirilib ki, növbəti müsabiqə zamanı 200-dən çox hakimliyə namizəddən 44 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib və yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurub.

Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilib. İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub.

 

İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb, həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib.

Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanılıb.

4 saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır