Modern.az

Sumqayıtda 2 piyadanı avtomobil vurdu 

Sumqayıtda 2 piyadanı avtomobil vurdu 

Aktual

9 Avqust 2020, 09:04

Sumqayıtda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

 

"Opel" markalı avtomobil yolu keçmək istəyən 2 piyadanı vurub. Qəza nəticəsində 1997-ci il təvəllüdlü Quliyev Sabir Hüseyn oğlu və 1998-ci il təvəllüdlü Fərzəliyev Elnur Nizami oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. (APA)

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür