Arxiv
9 Avqust 2020, 20:00 | AKTUAL
Kitab oxumağı sevənlər . . . - Deputat yazır

Kitab yaddaşdır...Yeniyetmə və gənc yaşlarımızda oxuduqlarımız kitabları indi də xatırlayırıq. Oxumaq növbəsi yaradırdıq. Tələsdirirdik bir-birimizi. Tələbə vaxtı mən kitab növbələrinə rast gəlirdim. Elə həmin illərdə bir neçə seriyadan çıxan kitabları toplayırdım. Onlardan biri də “Kimya və həyat” seriyası idi. Həmin seriyadan olan kitablardan qeydlər aparırdıq. Qeydlərimdən birindən özümün də xoşum gəldi. Yazdığım məqalə üçün göydəndüşmə oldu. Böyük Amerika yazıçısı Ayzek Azimovun 1989-cu ildə IBM üzrə mütəxəssislərin Konfransında günümüzlə səsləşən məşhur  çıxışından:  “Mən çalışacağam ki, ideal informasiya - axtarış sistemini təsvir edim. Bundan hamı, hətta bunun haqqında informasiyası olmayan şəxslər də istifadə edə biləcəklər. Bu portativdir və onu özümüzlə gəzdirmək mümkün olacaq. Onun  üçün kənardan heç bir qidalandırıcı vasitə tələb olunmayacaq. Onun daşıdığı informasiya hətta onu şəbəkədən ayırsan belə əbədi olaraq qalacaq.” Auditoriya təəcüb içində idi. Böyük yazıçı dərindən nəfəsini dərib davam etdi:  “Yəqin ki, siz anladınız : söhbət əlbəttə ki, sadəcə kitabdan gedir”.


Qədim müdriklərdən tutmuş müasir yazıçıların əsərləri bizə kitab vasitəsilə gəlib çatıb. Kitab bütün dövrlərin bilik mənbəyi olub və İnformasiya Kommunikasiya texnologiyalarının bizə təklif etdiyi elektron vəsaitlər də kitabı sıradan çıxara bilmədi. Böyük filosof və yazıçı Umberto  Ekonun “Ədəbiyyat haqqında” əsərində kitab və kitabxana haqqında fikirləri geniş yer alıb: “Rable və Servantesin kitaxanasında saxlanılan kitabların adlarını sadalaya bilərik. Ona görə ki, bu kitabxanalar tamamlanmış kitabxanalardır. Ancaq biz böyük Borxesin kitabxanasından heç bir sərlövhənin adını çəkə bilmərik, ona görə ki, onun kitablarının sayı sonsuzdur. Buna görə də onların məzmunundan çox, kitabxananın quruluşu daha maraqlıdır”. Azərbaycanda da tamamlanmamış, sonsuz kitabxana sahibləri olan yazıçı və alimlərimiz olub. Ancaq biz onlardan məlumatsız qaldıq. Kitab özü ilə iki məşhur obraz yaradıb: Bibliofil və bibliomaniya.


Biblifil - kitabın məzmununa baxmadan kitabı sevir. Əlbəttə ki, elə bibliofillər var ki, kitabları tematika üzrə toplayır, hətta onları oxuyurlar. Kitab oxumağı sevənlər və alimlər çox vaxt oxuduqları kitablarda onların marağını cəlb edən fikirlərin altından xətt çəkir, yaxud onları işarələyirlər. Belə kitablar başqalarının əlinə düşəndə özündən əvvəlki oxucunun zövqünə bələd olur. Mən kitabxanasını satan bir alimin kitablarının bir neçəsində  bu işarələmələri və qeydləri görmüşəm.


Bibliofillə biblioamaniyanın fərqi nədədir? Onların fərqini anlamaq üçün dünyanın ən nadir kitabı ilə bağlı əhvalata nəzər yetirək. Fərz edək ki, bu Qutenberqin  Bibliyasıdır. Bunun axırıncı nüsxəsini 1987-ci ildə bir yapon 7 milyard lirə almışdır. Biblioman bu kitabı sirrli şəkildə saxlayacaq onu heç kimə göstərməyəcək, təklikdə götürüb vərəqləyəcək və özünü xoşbəxt hiss edəcək. Bibliofil isə istəyəyir ki, onun kitabxanasını çox adam görsün.


Kitabxana anlayışı olmayan, lakin kitabxanlara böyük töhfələr verən kitab cildləyənin dünya mədəniyyətinə verdiyi töhfə: Tanınmış fransız romançısı, tarixçi və ssenaristi  Jan-Klod Karyerlə böyük italyan filosofu və yazıçısı Umberto Ekonun  “Kitabdan yayınmağa cəhd etməyin”  adlanan çox maraqlı dialoqu baş tutub. Klod Karyer deyir: “Mənim atamın həyat yoldaşı Naxal İran alimi olub. Onun əsərlərinin biri X əsrdə   Bağdadda yaşayan Əl-Nadim haqqındadır. Bilirsiniz ki, kitabcildləmə İranda icad olunub. Bu cür cildlər səhifələri tam örtür və onları qoruyurdu. Zəmanəsinin oxumuş adamlarından biri, həm də kalliqrafiyanı gözəl bilən Əl-Nadim ona cildləmə üçün verilən kitabları həm də oxuyur və konspektləşdirirmiş. İndiki zamanda ona verilən kitabların böyük əksəriyyəti it-bata düşüb. Bizə qalan isə onun konspektləri və kataloqlarıdır. Bunlar isə cildlənın kitablar haqqında müfəssəl məlumat verir”. Bizim dövrümüzdə kitab haqqında danışanda ona mükəmməl sevgi və diqqəti ifadə edən bu tarixi hekayəni xatırlatmaq yerinə düşür. Latında Homo Legens-“Oxuyan İnsan” mənasını verən bu anlayışın yaranma tarixi bilinmir.  Amma Əl-Nadim əsl “Homo Legens” imiş.


İndi şəxsi kitabxanalarının kəmiyyəti və keyfiyyəti ilə müqayisə aparanların sayı çox azdır. Hətta əlində kitab olan adama elə də yaxşı baxmırlar. Böyük şəhərlərdə Bukinist mağazaları demək olar ki, yoxdur. Kitab Passajı, Kitab evi, Siyasi ədəbiyyat, Bədii ədəbiyyat, Texniki və təbiət elmləri kitab mağazalarının mövcudluğunu bir necə nəfər xatırlaya bilər. Bizim nəsil kitabı unutmaq yolunu tutub, lakin buna baxmayaraq  uşaqlara və gənclərə kitabı təlqin etmək lazımdır. Ancaq necə? Gərək kitabdan baş çıxaraq ki, təlqin edək! Kitabı sevək ki, onu sevdirək!

 

Milli Məclisin deputatı, fəlsəfə doktoru Etibar Əliyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38 Zelenski Belarusa səfərini ləğv etdi 24 Sentyabr 2020, 16:32