Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 10-na olan statistik göstəriciləri açıqlayıb.
Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 015 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 790 141 test aparılıb. İndiyədək 492 nəfər COVID-19-dan dünyasını dəyişib, 30 642 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 513 nəfərdir. Hazırda 252 nəfər reanimasiyada müalicə alır. 49 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 79 yoluxma, 278 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.