Modern.az

Əqli qüsurlu qadın yaxınlarını axtarır - FOTO

Əqli qüsurlu qadın yaxınlarını axtarır - FOTO

Aktual

11 Avqust 2020, 18:09

Balakəndə əqli qüsuru olan qadın tapılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar. İtkin düşdüyü ehtimal edildiyi üçün o, Polis Şöbəsinə gətirilib. Üzərində heç bir sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Əqli qüsurlu qadın 50-60 yaş aralığındadır.

 

Qadını tanıyanlardan, eləcə də onun yaxınlarını tanıyanlardan DİN-in “102” Zəng Mərkəzinə və Balakən Rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub