Modern.az

Livan ermənilərinin Qarabağa köçü BAŞLADI

Livan ermənilərinin Qarabağa köçü BAŞLADI

Qarabağ

12 Avqust 2020, 09:27

Ermənistan Beyrutdakı partlayışı fürsət bilərək Livan ermənilərinin kütləvi köçünü təşkil edib.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Livana humanitar yardım daşıyan təyyarələr Yerevana geri qaydarkən köçməyə razılıq verən erməniləri də göyərtəsinə götürür.

 

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ilk 2 reysdə 56 nəfərin, sonuncu reys zamanı isə daha 45 Livan ermənisinin Yerevana gətirildiyini bildirib.

O köç prosesinin davam edəcəyini və Livan ermənilərinin Ermənistan pasportu alması üçün prosedurun maksimum sadələşdirildiyini də əlavə edib.

 

Xatırladaq ki, köçürülən ermənilərin bir hissəsinin Azərbaycanın işğal altındakı Qarabağda yerləşdirilməsi planlaşdırılır.   

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir