Arxiv
12 Avqust 2020, 17:45 |
Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib. 

 

Modern.az xəbər verir ki, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hər iki dövlət qurumunun rəhbərinin iştirakı ilə onlayn görüşün keçirilməsinin QHT-lərin məsuliyyət hissini daha da artıracağını və onları layihələrin effektiv şəkildə icra etməyə stimullaşdıracağını bildirib. İcraçı direktor Şuranın elektron xidmətlərinin cəmləşdiyi SƏLİS-in effektiv elektron idarəetmə və layihələrə çoxtərəfli nəzarət imkanı yaratdığını deyib.

 

Şura sədri, deputat Azay Quliyev Şuranın 2020-ci il ikinci qrant müsabiqələrinin 4-nü müvafiq sahə üzrə ixtisaslaşmış dövlət qurumu ilə birgə keçirdiyini bildirib. Azay Quliyev ilk dəfə olaraq qrant müsabiqəsinin qalibi olan QHT-lərlə Şuranın tərəfdaş qurumun rəhbərinin iştirakı ilə görüşün keçirilməsinin faydalı ənənə olduğunu deyib. Azay Quliyev Şuranın QHT layihələrinin maliyyələşdirilməsi üçün ayırdığı dövlət vəsaitinin daha şəffaf və səmərəli şəkildə istifadəsi baxımından əlaqəli dövlət və digər qurumlarla əməkdaşlığın mühüm əhəmiyyəti olduğunu vurğulayıb: “İxtisaslaşmış dövlət qurumlarının Şuranın qrant müsabiqələrində tərəfdaş qismində çıxış etməsi QHT-lərlə dövlət orqanları arasında etibarlı əməkdaşlıq imkanı yaradılması, qht-hökumət münasibətlərinin inkişafı, şəffaflığın tamlıqla təmin olunması, həmçinin, QHT-lərə təşkilati-texniki dəstəyin verilməsi baxımından çox faydalıdır. Cəmiyyətin və dövlətin maraqları belə halda daha effektiv şəkildə təmin olunur ki, bu da bizim bilavasitə marağımızdadır. 7 QHT KOBİA ilə birgə keçirdiyimiz qrant müsabiqəsinin qalibidir. Bu görüş həm də bizə QHT-ləri dinləyərək qarşıda dayanan vəzifələri geniş müzakirə etməyimizə imkan verəcək”.

 

Azay Quliyev Şuranın SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələri Əlaqələndirmə Sisteminin bütün tərəfdaşlarla, o cümlədən də QHT-lər və dövlət qurumları ilə hər hansı canlı təmas olmadan əməkdaşlıq etməyə və layihələrin icrasına effektiv şəkildə nəzarət etməyə imkan verdiyini bildirib. 

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin kiçik və orta sahibkarlığın inkişafı üçün dövlət və özəl qurumların fəaliyyətini əlaqələndirdiyini bildirib. Orxan Məmmədov dövlət-biznes münasibətlərinin tənzimlənməsində sahibkarların assosiasiyalarının üzərinə mühüm yük düşdüyünü deyərək özəl sektorun təmsilçilərini bu istiqamətdə təşviq etdiklərini deyib. KOBİA-nın QHT-lərlə əməkdaşlığı daima diqqətdə saxladığını deyən Orxan Məmmədov 2018-ci ildə Agentlik yanında İctimai Şuranın yaradıldığını və İctimai Şurada iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslaşmış 15 QHT-nin təmsil olunduğunu diqqətə çatdırıb. Orxan Məmmədov 2-22 iyun 2020-ci ildə Şura ilə birgə qrant müsabiqəsinin keçirilməsinin və 7 QHT-nin qalib olmasının Agentliyin QHT-lər arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli olacağını bildirib.

 

Qalib QHT-lərin layihələri əlilliyi olan şəxslərin və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması, sahibkar qadınların məhsullarının internet üzrə satışa çıxışını asanlaşdırmaq üçün kompüter bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi, regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi, “COVID-19” pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin, texnologiyada qadın hərəkatı” mövzusunda treninqlərin və “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu” mövzusunda onlayn seminarların təşkili ilə bağlıdır.

 

QHT rəhbərləri Mirzə Məhəmməd Vəliyev, Nərgiz Muxtarova, Gülbəniz Qəmbərova, Şamo Salayev, Günel Şahbazlı, Ələsgər Hüseynov çıxış edərək layihələrinin maliyyələşdirildiyi üçün Şuraya və KOBİA-ya təşəkkürlərini bildiriblər. Layihələri haqqında məlumat verən QHT sədrləri onun effektiv şəkildə icrası üçün üzərlərinə düşən işi məsuliyyətlə icra edəcəklərini deyiblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb 26 Yanvar 2021, 18:49 Bakıda intihar epidemiyası: 38 yaşlı qadın özünü 6-cı mərtəbədən atdı 26 Yanvar 2021, 18:24 JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi 26 Yanvar 2021, 18:13 Cavad Zərif Yerevanda səfərdədir 26 Yanvar 2021, 18:09 Bu ərazilərdə su kəsiləcək 26 Yanvar 2021, 18:04 Əhəd Abıyevdən ölkədəki son hadisələrə kəskin münasibət - VİDEO 26 Yanvar 2021, 18:00 “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Deputat 26 Yanvar 2021, 16:12