Modern.az

Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı

Sumqayıtda ağac kəsən şəxs cəzalandırıldı

Aktual

13 Avqust 2020, 10:36

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyi müəyyən edilib.

 

Modern.az-ın məlumatına görə, bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib.

 

O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2040 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

 

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir