Arxiv
13 Avqust 2020, 17:24 | AKTUAL
“Türkiyə prezidentinin qəbul formatına aydınlıq gətirildi” - Ülvi Quliyev

Avqustun 11-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu eyni vaxtda qəbul etdi. Görüşdə çəkilən foto cəmiyyətimizin xüsusi marağına və təqdirinə  səbəb oldu.

 

Həmin fotonun ictimailəşməsi ilə işğalçı Ermənistana, Ermənistan-Azərbaycan münaqişəsində maraqlı olan tərəflərə iki variant arasında seçim etmək təklif edildi. Ya Ermənistan işğal etdiyi torpaqlarımızı  danışıqlar yolu ilə Azərbaycana  qaytarmalı  və bununla sivil qaydalara əməl etməlidir. Bu, baş verməzsə, Azərbaycanın  BMT TŞ-nin və Baş Assambleyasının məlum qətnamələrinin, beynəlxalq qanunvericiliyin ona tanıdığı ərazilərini  işğaldan hərb yolu ilə azad  etmək hüququndan istifadə edə biləcəyi açıq şəkildə lazımi məqamların diqqətinə çatdırıldı.

 

Fotoya diqqət yetirmisinizsə, Xarici İşlər nazirimiz Türkiyə Prezidentinin  sağ tərəfində dayanmışdı. Məlumdur ki,solaxayları çıxmaq şərtilə, dünyadakı böyük əksəriyyət  gündəlik həyatda daha çox sağ əldən istifadə edir, üstünlüyü sağ tərəfə verir. Dolayısı ilə işğalçıya işarə edilirdi ki,münaqişənin həllində üstünlük hələ də danışıqlara verilir, onun bu şansı tam tükənməyib.

 

 

Müdafiə nazirimizin Türkiyə Prezidentinin sol, qəlbə daha yaxın tərəfində yer almasına və ümumiyyətlə, solaxaylığa gəldikdə, bu variantın gündəmə gəlməsinə və xüsusi olaraq aktuallaşmasına aydınlığı Azərbaycan Prezidenti cənab İlham Əliyev gətirdi.

 

AZƏRTAC-ın avqustun 13-də rəsmi xronikasında yaydığı Prezidentin Mətbuat Xidmətinin məlumatından görünür ki, Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatından düz bir ay sonra - avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

 

Məlumatda bildirildiyi kimi, “Prezident  İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

 

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra - iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb”.

 

Tarixi foto məqsədli şəkildə ictimailəşdirildikdən dərhal sonra Prezident cənab İlham Əliyevin etdiyi bu telefon zəngi və açıqlanan rəsmi məlumat  bir daha  onu təsdiq edir ki, Ermənistanın işğalçı və təcavüzkar siyasətini illər boyu davam etdirə bilməsi səbəbsiz deyil.

 

Münaqişənin həlli düşünüldüyündən də artıq maneə və çətinliklərlə bağlı olsa da, Prezident cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad  edilməsi siyasətində iradə və qətiyyəti sarsılmaz və birmənalıdır.

 

Maneələrdə nələrin  və kimlərin təmsil olunmasından asılı olmayaraq, Azərbaycan Prezidenti öz xalqının iradəsini ifadə edir və onun hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır. Bu siyasi iradə və mənəvi gücün nümayişində Azərbaycan dövləti artıq tək deyil.

 

Telefon zəngi Prezident cənab İlham Əliyevin bir müddət əvvəl Ermənistana xitabən dediyi fikirlərin təsadüfi olmadığını bir daha təsdiq edir:

 

“Gəl, bizimlə təkbətək vuruş, təkbətək, baxaq, görək bunun axırı necə olacaq...”

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28 Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR 23 Sentyabr 2020, 19:20 Ceyhun Bayramov 28 ölkənin iştirak etdiyi beynəlxalq tədbirə qatıldı 23 Sentyabr 2020, 19:02 Daha bir ölkədə təhsil müəssisələrində yolxuma artır 23 Sentyabr 2020, 18:56 “AzGold” MMC-nin rəhbərinə cinayət işi AÇILDI 23 Sentyabr 2020, 18:43 Elman Paşayev Rusiya parlamentinin deputatı olmaq istəyir 23 Sentyabr 2020, 18:37 Azərbaycan su ehtiyatları yaradır 23 Sentyabr 2020, 18:21 Prezident və birinci xanım Balaxanıda görülən işlərlə tanış oldu - YENİLƏNİB 23 Sentyabr 2020, 18:04 Daha 7 şagird və 6 təhsil işçisi koronavirusa yoluxdu 23 Sentyabr 2020, 17:58 Arsak adı nə vaxt və hansı tarixi şəraitdə meydana gəlib? 23 Sentyabr 2020, 17:52 Bakı və Abşeronda ağacların quruma səbəbi araşdırılır - İşçi Qrup yaradıldı   23 Sentyabr 2020, 17:46 Rusiya Avropa Birliyinə qarşı sanksiya tbiq etdi 23 Sentyabr 2020, 17:40 Sərdar Cəlaloğlu özünə müavinlər TƏYİN ETDİ 23 Sentyabr 2020, 17:34 Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından 3 medal qazandı 23 Sentyabr 2020, 17:28 Azərbaycanın 3 şəhəri UNESCO-nun şəbəkəsinə üzv seçildi 23 Sentyabr 2020, 17:23 Azərbaycanda virusa yoluxma sayı yenidən üçrəqəmli oldu - 2 ölüm 23 Sentyabr 2020, 17:17 Dolların sabaha olan məzənnəsi 23 Sentyabr 2020, 17:12 Vyaçeslav Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” 23 Sentyabr 2020, 17:06 Malik Həsənov: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük təhlükədir 23 Sentyabr 2020, 17:00 Baş Prokuror İsmət Qayıbovun oğlunu qəbula çağırdı - VİDEO 23 Sentyabr 2020, 16:54 Ramin Bayramlı: “Koronavirusla bağlı vaksinasiya könüllü olacaq” 23 Sentyabr 2020, 16:48 Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsilə bağlı açıqlama 23 Sentyabr 2020, 16:42 Daha bir futbolçu “Barselona”nı tərk etdi 23 Sentyabr 2020, 16:36 Prezidentlə birinci xanım Balaxanıda - VİDEO 23 Sentyabr 2020, 16:30 Razi Nurullayev özünə yeni müavin təyin etdi 23 Sentyabr 2020, 16:25 Prezident: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır” 23 Sentyabr 2020, 16:19 “İlham Əliyevin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır” – Ermənistan müxalifəti 23 Sentyabr 2020, 16:13