Modern.az

Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı

Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı

14 Avqust 2020, 17:30

Əfqanıstan hökuməti sülh danışıqların sonra 400 Taliban məhbusunu azad etməyə başladı.

 

Modern.az BBC.com-a istinadən bildirir ki, əfqanlara və xarici vətəndaşlara hücumlarda adı hallanan 80 məhbus cümə axşamı sərbəst buraxıldı. Məhbusların təxliyə olunmasının ölkə daxilində 19 illik ixtilaflara son qoyulması üçün başlanğıc ola biləcəyi düşünülür. Sülh danışıqlarının təxliyə sona çatdıqdan sonra Qətərdə baş tutacağı gözlənilir.

 

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının rəsmisinin paylaşdığı tvitdə bu addımın ümummilli atəşkəs səylərinə dəstək üçün atıldığı qeyd olunur.

 

Moza ZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi