22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
14 Avqust 2020, 17:54 | AKTUAL
Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır

İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozması, dinc əhalini atəşə tutması fonunda rəsmi Moskva yenə də təcavüzkar ölkəyə dəstək verib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

Millət vəkili qeyd edib ki, Azərbaycanın milli maraqlarını beynəlxalq aləmdə qətiyyətlə, prinsipiallıqla qoruyan dövlət başçımız İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı hazırkı mürəkkəb geostrateji vəziyyətdə milli maraqlarımızın qorunmasının strateji əhəmiyyətnin, aktuallığının vacibliyini önə çəkib.Ölkə Prezidentimiz Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu da Rusiya Prezidentinin diqqətinə çatdırıb. 

 

Bütün dövlətlərlə, qonşu ölkələrlə mehriban şəraitdə, dostluq və əməkdaşlıq prinsipləri çərçivəsində siyasət yürüdən Azərbaycanın milli maraqlarının qorunması baxımından vacib olan telefon danışığında bir sıra mühüm məsələlərə toxunulub. Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyu Rusiya işğalçı dövləti silahlandırıb. İyul ayında Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi də arzuolunmaz haldır.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın davamlı olaraq təzavüzkar ölkəni külli miqdarda silah-sursatla silahlandırması onun statusuna ziddir. Ərazilərimizi işğal edən, sülhdən boyun qaçıran, sülh prosesində maraqlı olmayan işğalçı Ermənistana hərbi yardımların edilməsi qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir. Ən əsası isə Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil. Bu da Rusiyanın regiondakı status–kvonu legitimləşdirməyə cəhdi kimi dəyərləndirilməlidir. İllərdir ölkəmizə qarşı işğalçı siyasəti yeridən Ermənistanı silahlandırmaq isə strateji müttəfiq kimi Azərbaycanın milli maraqlarını görməzdən gəlməklik deməkdir.

 

Təəccüb doğuran məqam isə, Ermənistanda Rusiyaya qarşı aqressiyanın artdığı, Soros və uşaqları tərəfindən faktiki olaraq Rusiyanın forpost ölkədə sıxışdırıldığı, Kremlə qarşı vuruşmuş, faşizmin yanında yer almış şəxslərin “qəhramanlaşdırıldığı” bir vaxtda Rusiya Ermənistanı hərbi sursatla silahlandırır. Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti bir daha göstərdi ki, Azərbaycanın dövlət və milli təhkükəsizlik maraqlarının qorunması öndə gəlir və Cənubi Qafqazda, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyətin gərginləşməsi nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzu edilən deyil. 

 

Eyni zamanda, son hadisələr, Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması həmsədrlik institutunun tərkibində dəyişikliklər edilməsi məsələsini də gündəmə gətirdi. Minsk qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi və Minsk qrupuna üzv olan ölkələrdən digər başqaları həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bölgədəki sabitlik və əmin-amanlıq üçün mehriban qonşuluq siyasətinin yürüdülməsi üçün bu məsələdə ən real namizəd regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyədir. Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”  22 Sentyabr 2020, 15:19 AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10