Modern.az

Türkiyədə son sutkada daha  22  nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada daha  22  nəfər koronavirusdan öldü

14 Avqust 2020, 21:50

Türkiyədə son sutka ərzində daha  22  nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 934  nəfərə çatıb:

"Bu gün ölkədə  70 192 şübhəli koronavirus testindən keçib, onlardan 1226-nın cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların  ümumi sayı 246 861   nəfərə çatıb. Müalicə olunan  923  xəstə isə bu gün evə buraxılıb. Bununla ölkədə koronavirusdan sağalanların sayı 228 980  nəfərə çatıb".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir