Modern.az

Xaricdən şəxsi avtomobili ilə qayıtmaq istəyən vətəndaşlar səfirliklərə müraciət etsinlər - Hikmət Hacıyev

Xaricdən şəxsi avtomobili ilə qayıtmaq istəyən vətəndaşlar səfirliklərə müraciət etsinlər - Hikmət Hacıyev

15 Avqust 2020, 12:53

Türkiyədə olan vətəndaşlarımızın avtomobillə geri qayıtması ilə bağlı pandemiyanın ilk başladığı dövrdə daha çox müraciətlər var idi.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

Onun sözlərinə görə, o zaman xüsusi icazələr, avtobuslar təşkil olundu ki, vətəndaşlarımız Türkiyə və oradan Azərbaycana gətirilsin: "Bu gün belə müraciətlər Operativ Qərargahda yoxdur. Əgər avtomobili ilə gəlmək istəyən vətəndaşlar varsa, onlar səfirliklərə və Operativ Qərargaha müraciət edə bilərlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu