Modern.az

Son qərarlar onu göstərdi ki, heç kəs toxunulmaz deyil - Akif Aşırlı

Son qərarlar onu göstərdi ki, heç kəs toxunulmaz deyil - Akif Aşırlı

23 Avqust 2020, 13:33

"Hec kəs dövlətin qanunlarından, qərarlarından üstün mövqeyə sahib ola bilməz."Həmişə şah qanun deyil , qanun şahdır " demişik və bu ali prinsiplər uğrunda da mübarizə aparmışıq. Son qətiyyətli qərarlar onu göstərdi ki, heç kəs keçmişdə dövlət üçün gördüyü işə görə,  toxunulmazlıq statusuna sahib deyil. Dövlətçilik əxlaqına, qanunlarına söykənərək verilən qərarlar cəmiyyətin bütün kəsimlərində təqdir olunur."

 

Modern.az xəbər verir ki, bu sözləri karantin rejimində nəvəsinə toy edən akademik Ramiz Mehdiyevin  ətrafında baş verənləri şərh edən "Şərq " qəzetinin baş redaktoru Akif Aşırlı deyib:

 

"Qanun hamı ücün eynidir.Qanunlardan danışanların hamısı gərək birinci növbədə özləri qanunlara əməl etsun .Mənəmlik dövrü deyil, dövlət təsisatları gərəyini edir, görünən də odur ki, qanuna söykənərək nə lazımdırsa o da ediləcək".

 

A.Aşırlı bildirib ki, toya dəvət olunanlar da gərək dünyanı başına alan bu qara təhlükənin Azərbaycanda yayılmaması ücün imtina qərarı verərdilər.Amma bu baş verməyib.Ona görə də cərimələr də,  müvəqqəti həbs qərarları da obyektiv dəyərləndirilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır