Arxiv
31 Avqust 2020, 13:31 | MEDİA
ANS TV-nin rəhbərliyi Əli Həsənovla Ramiz Mehdiyevin gedişinə ümid bəsləyirmiş - AÇIQLAMA

ANS telekanalı 2016-cı ildə bağlandıqdan sonra televiziyanın Zoologiya İnstitutu ərazisində yerləşən binadan köçürüləcəyi haqqında açıqlamalar gündəmə gəlmişdi. Hətta AMEA-nın o zamankı prezidenti Akif Əlizadə ANS rəhbərliyinin artıq binanı boşaltmağa başladığını söyləmişdi.


Sonradan bu məsələ ətrafında müzakirələr səngiməyə başladı və prosesin necə nəticələndiyi qaranlıq qaldı.


Bu barədə Modern.az-a danışan ləğv edilmiş ANS Şirkətlər Qrupunun keçmiş mətbuat katibi Mais Məmmədov məsələ ilə bağlı dəyişiklik olmadığını söyləyib. O qeyd edib ki, ANS-in bütün arxiv və sənədləri elə əvvəlki binasında qalır:


“ANS-in binadan çıxarılması məsələsi hələlik icra edilməmiş qalıb. Əvvəllər Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin diktəsi ilə məsələ aktiv müzakirə edilirdi. Sonra isə ara sakitləşdi. Arxivlər hamısı həmin binada qalıb. Bundan başqa, orada televiziyanın demək olar bütün texnikası yerləşir. Həddindən çox kaset, arxiv çəkilişləri, materiallar var. Orada unikal kadrlar, müsahibələr, Heydər Əliyevin çıxışları qalır. Bunlar gələcək üçün mütləq lazım olacaq. Biz düşünürdük ki, Əli Həsənovun, Ramiz Mehdiyevin vəzifədən çıxarılmasından sonra vəziyyət dəyişər. Lakin hələlik bu işlə bağlı yenilik yoxdur”.


Qeyd edək ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.


Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.


Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Prezidentinin xalqa müraciəti yayımlanacaq 27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45 Ermənistanda həbslər başladı 27 Sentyabr 2020, 00:43 Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar 27 Sentyabr 2020, 00:24 Partlayışda 7 nəfər həyatını itirdi 27 Sentyabr 2020, 00:02 Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var 26 Sentyabr 2020, 23:46 Azərbaycanın bu sahə üzrə ilk qadın professoru vəfat etdi 26 Sentyabr 2020, 23:29 Deputatın oğlu təyyarə qəzasında öldü 26 Sentyabr 2020, 23:14 Türkiyədə son sutkada 71 nəfər koronavirusdan öldü 26 Sentyabr 2020, 22:57 Yüzlərlə insan karantin rejiminin tətbiqinə etiraza başlayıb 26 Sentyabr 2020, 22:44 Dağıstanda azərbaycanlı atasını boğdu 26 Sentyabr 2020, 22:27