Modern.az

Millətlər Liqasında II tura yekun vuruldu - NƏTİCƏLƏR

Millətlər Liqasında II tura yekun vuruldu - NƏTİCƏLƏR

9 Sentyabr 2020, 00:59

Bu gün UEFA Millətlər Liqasında daha 9 oyun keçirilib.

Modern.az xəbər verir ki, A, C və D liqasında baş tutan matçlardan sonra II tura yekun vurulub.

A Liqasının II qrupunda Belçika evdə İslandiyanı darmadağın edib. İngiltərə səfərdə Danimarkanın müqavimətini qıra bilməyib.

III qrupda Fransa doğma meydanda Xorvatiya üzərində qələbə qazanıb. Portuqaliya isə səfərdə İsveçdən üstün olub.

C liqasında Azərbaycan Nikosiyada Kiprə qalib gəlib.

D liqasının yeganə görüşündə isə San Marino evdə Lixtenşteynu uduzub.

8 sentyabr

UEFA Millətlər Liqası, II tur

A liqası

II qrup
Belçika – İslandiya - 5:1

Danimarka – İngiltərə - 0:0

III qrup
Fransa – Xorvatiya - 4:2

 İsveç – Portuqaliya - 0:2


C liqası

I qrup

Kipr – Azərbaycan - 0:1

Lüksemburq – Monteneqro - 0:1

II qrup

Gürcüstan – Şimali Makedoniya - 1:1

Ermənistan – Estoniya - 2:0


D liqası

II qrup

San-Marino - Lixtenşteyn - 0:2


Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI