Modern.az

Azərbaycanda daha 175 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü

Azərbaycanda daha 175 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü

9 Sentyabr 2020, 16:02

Azərbaycanda koronavirus infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  3 nəfər vəfat edib.

 

İndiyədək ümumilikdə 37732 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, aktiv xəstə sayı 2058 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7140, hazırkı dövrədək isə 980978 test aparılıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı