Modern.az

Binəqədidə iməclik keçirilib

Binəqədidə iməclik keçirilib

Aktual

14 Sentyabr 2020, 12:36

Bakı şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində təmizlik işləri mütəmadi olaraq aparılmaqdadır.

 

Modern.az xəbər verir ki, görülən işlər çərçivəsində rayon ərazisində sanitar vəziyyətin yaxşılaşdırılması, tullantıların ətrafa yayılmasının qarşısının alınması məqsədilə davamlı və təxirəsalınmaz təmizlik işləri həyata keçirilir.

 

Aidiyyəti qurumların əməkdaşlarının cəlb olunduğu iməcilikdə qəsəbədaxili və ətraf ərazilər,eləcə də yaşıllıq zolaqları lazımsız tullantılardan təmizlənir. Toplanan iriqabaritli məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü