Modern.az

Bu xəstəlik koronavirusun ağır formasından QORUYUR

Bu xəstəlik koronavirusun ağır formasından QORUYUR

16 Sentyabr 2020, 08:20

Alimlər allergik astmanın koronavirusa qarşı qoruyucu amil ola biləcəyini söyləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Karaulov açıqlama verib.

 

"Astma koronavirusa qarşı qoruyucu amil ola bilər. Bunun səbəblərindən biri bütün allergiyaya məruz qalanların keçirdiyi xüsusi iltihab növüdür. Çox güman ki, allergik astma xəstələrini ağır gedişatdan və ölümdən qoruyan bu istiqamətdəki immunitet reaksiyasının qütbləşməsidir", - Karaulov bildirib.

 

Qeyd edək ki, bir neçə patologiyası olan COVID-19 xəstələri arasında bu xəstəlik daha nadirdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı