Modern.az

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Aktual

16 Sentyabr 2020, 10:18

Kәnd tәsәrrüfatı bitkilәrinin yığımı davam edir. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, sentyabr ayının 1-nә kimi tarlalardan 757,6 min ton vә ya keçәn ilin müvafiq dövrünә nisbәtәn 7,6 faiz çox kartof, 1342,1 min ton (4,5 faiz çox) tәrәvәz, 431,7 min ton (0,9 faiz çox) bostan mәhsulları, 398,2 min ton (4,1 faiz çox) meyvә vә gilәmeyvә, 63,6 min ton (12,4 faiz çox) üzüm, 759,3 ton (30,7 faiz çox) yaşıl çay yarpağı, 22,9 min ton (27,1 faiz az) günәbaxan, 22,0 min ton (12,2 faiz çox) şәkәr çuğunduru vә 3,8 min ton (6,4 faiz çox) tütün yığılıb.

 

2020-ci il sentyabrın 1-nә kimi qarğıdalı da daxil olmaqla 2971,8 min ton vә ya ötәn ilin eyni dövrü ilә  müqayisәdә 9,6 faiz az dәnli vә dәnli paxlalı bitkiçilik mәhsulları toplanıb.

 

Keçәn ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-avqust aylarında diri çәkidә әt istehsalı 3,1 faiz artaraq 342,9 min ton, süd istehsalı 1,9 faiz artaraq 1411,9 min ton, yumurta istehsalı 6,6 faiz artaraq 1324,2 milyon әdәd vә yun istehsalı 0,5 faiz artaraq 15,5 min ton olub. Bundan başqa, ölkәdә 446,6 ton barama istehsal edilib. 2019-cu ilin yanvar-avqust ayları ilә müqayisәdә kәnd tәsәrrüfatının ümumi mәhsulu 1,9 faiz, o cümlәdәn bitkiçilik mәhsullarının istehsalı 0,6 faiz, heyvandarlıq mәhsullarının istehsalı isә 3,2 faiz artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı