Modern.az

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

Aktual

16 Sentyabr 2020, 23:53

“Qarabağ” - “Molde” oyunu yekunlaşdı.

 

Modern.az xəbər verir ki,  qarşılaşmanın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb.  Oyunun taleyinə penaltilər seriyasında aydınlıq gətirilib.



Penaltilər seriyasında daha dəqiq olan "Molde" Çempionlar Liqasında mübarizəni davam etdirəcək.

 

23:06

 

Əlavə vaxtın 109-cu dəqiqəsində "Qarabağ"ın qapısına penalti təyin edilib.

 

Amma  "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev "Molde"nin hücumçusunun zərbəsini dəf etməyi bacardı.

 

22:26

 

“Qarabağ” - “Molde” oyununda əlavə vaxt oynanılır.

Modern.az xəbər verir ki, komandalar meydanda əlavə 30 dəqiqə mübarizə aparacaq.

 

21:47

 

UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Molde” (Norveç) oyununun ilk hissəsi başa çatıb.

Modern.az  xəbər verir ki, Kiprdəki “AEK Arena”da stadionunda keçirilən oyunun ilk yarısında hesab açılmayıb.


Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Scran Yovanoviçdir. Hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprlilər təyinat alıb.

Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.


Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi