Arxiv
17 Sentyabr 2020, 20:54 | ÖLKƏ
Prezidentin köməkçisi Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə ətraflı şəkildə tanış olub, yaradılmış şəraitdən öz məmnunluğunu ifadə edib.  

AMEA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 17-də isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov AMEA-nın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə ətraflı məlumat verib.

Akademik Ramiz Mehdiyev bu gün akademiyada aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirib.

Qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin iş şəraitinin, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atılır.

Görüşdə çıxış edən AMEA-nın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov akademiyanın Nəqliyyat-Təsərrüfat şöbəsinin ərazisinin ekspertizasının aparıldığını, eskiz layihəsinin hazırlandığını və müvafiq dövlət qurumlarının icazəsindən sonra təmir-bərpa və yenidənqurma işlərinin icra edildiyini bildirib. Ötən illər ərzində ərazinin baxımsız vəziyyətdə olduğunu fotofaktlarla nümayiş etdirən Elton Məmmədov bu gün Nəqliyyat-Təsərrüfat şöbəsində müasir standartlara uyğun, avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, yağdəyişmə, yuma məntəqələrinin yaradıldığını, eləcə də inzibati binanın tikildiyini və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxananın qurulduğunu diqqətə çatdırıb.

İdarə müdiri hazırda AMEA-nın balansında 165 nəqliyyat vasitəsinin olduğunu, onlardan 122-sinin xidməti, 43-nün isə texniki sahələrdə istifadə edildiyini söyləyib. O, nəqliyyat vasitələrinin mütləq əksəriyyətinin istismar müddətinin başa çatdığını və yenilənməsinə ehtiyac olduğunu deyib. Həmçinin qeyd edib ki, bu gün akademiyaya məxsus avtomobillərin park edilməsi işindəki pərakəndəlik aradan qaldırılıb və yenidənqurma işlərindən sonra bütün nəqliyyat vasitələri vahid mərkəzdən idarə olunur.

Sonra Təmir-tikinti şöbəsinin ərazisinə baxış keçirilib. Həmin ərazinin də uzun müddət baxımsız vəziyyətdə qaldığını fotofaktlarla diqqətə çatdıran professor Elton Məmmədov drenaj, kanalizasiya sisteminin yenidən qurulduğunu, anbarların inşa edildiyini, şöbənin ərazisinin akademiyanın inventarında olan əşyaların bərpa və təmiri, eləcə də mərkəzi satınalmalar sisteminin bərpasından sonra logistika mərkəzi kimi istifadə ediləcəyini söyləyib.

Sonda Nəqliyyat-Təsərrüfat şöbəsinin baş mütəxəssisi Süleyman Əzizov iş yoldaşları adından çıxış edərək müasir standartlara cavab verən nəqliyyat parkının yaradılmasına görə ölkə rəhbərliyinə və AMEA prezidentinə minnətdarlığını ifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yəmənli alimlər Qarabağla bağlı çağırış etdilər 25 Oktyabr 2020, 15:27 Azərbaycan manatı ABŞ dollarına qarşı mövqeyini  qoruyacaq 25 Oktyabr 2020, 15:15 Bakıda 554 küçə dezinfeksiya edildi 25 Oktyabr 2020, 15:06 Düşmənin rəsmi açıqlanan itki sayı 1000-ə çatır - FOTO 25 Oktyabr 2020, 14:59 İsrail hökuməti Bəhreynlə razılaşmanı təsdiqlədi 25 Oktyabr 2020, 14:50 Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27