Modern.az

YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA

YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA

Parlament

18 Sentyabr 2020, 17:44

Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır.


Bu sözləri Modern.az-a “Yeni Azərbaycan” qəzetinin rəhbəri, deputat Hikmət Babaoğlu deyib. O qeyd edib ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir:


“Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi proseduralar paralel olaraq həm də ictimai-siyasi müstəviyə də transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı. Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də, heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox şəxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqedən əl çəkmədilər. Bax, ictimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olar xeyli sayda ziyalılarımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimizin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər. Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi”.


Hikmət Babaoğlunun sözlərinə görə, hüquq sistemi bütün nüansları nəzərə alaraq, ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi:

“Bu qərar hamımız tərəfindən alqışlanır . Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə, həm dövlətimizin ədalətini, həm hüquqi sistemimizin humanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı