Arxiv
18 Sentyabr 2020, 20:36 | AKTUAL
AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdindəki laboratoriyaların fəaliyyəti, həmçinin bal və digər arıçılıq məhsullarının laborator müayinələrinin aparılması ilə yerində əyani tanışlıq məqsədilə sentyabrın 18-də mediatur təşkil edilib.

Modern.az-ın məlumatına görə, 20-dək KİV nümayəndəsinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, AQTİ tərəfindən qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı maddi-texniki bazanın gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. İşçilərin peşəkarlığının artırılması, həmçinin laboratoriya nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daima inkişaf etdirilir.

Qeyd olunub ki, Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir.

AQTİ-nin laboratoriyalarında beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi də mediatur iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra media nümayəndələri AQTİ laboratoriyalarına baxış keçirib, buradakı iş prinsipi ilə tanış olublar.
 

Mediatur iştirakçıları Milli Referens Laboratoriyasında bal və arıçılıq məhsullarının müayinələrini əyani şəkildə müşahidə ediblər. Onlara məlumat verilib ki, Milli Referens Laboratoriyasında bal və arıçılıq məhsullarında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə orqanoleptik, reduksiyaedici şəkər, suyun kütlə payı, diastaza ədədi, qlükoza, fruktoza, saxarozanın ayrı-ayrılıqda kütlə payı, qlükoza və fruktoza cəmi, elektrik keçiriciliyinin səviyyəsi, hidroksimetilfurfurolun miqdarı (HMF), hidroksimetilfurfurolun keyfiyyət analizi, mexaniki qarışıqlar, qıcqırma əlaməti, sərbəst turşuluq, eyni zamanda təhlükəsizlik göstəricilərindən ağır metallar, radionuklidlər, pestisid qalıqları, antibiotik qalıqları və digər sınaqlar həyat keçirilir.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35 Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü 24 Oktyabr 2020, 15:28