Arxiv
19 Sentyabr 2020, 00:53 | AKTUAL
2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının qitələr üzrə seçmə mərhələsinin formatı dəyişdirilə bilər.

Modern.az  xəbər verir ki,  bu barədə FIFA prezidenti Canni İnfantino açıqlama verib. İsveçrəli funksioner pandemiya aradan qalxmayacağı və zəifləməyəcəyi təqdirdə, normal futbol oynanılmayacağından narahatlıq ifadə edib. O, yığmaların oyunlarının Avropada bərpa olunması münasibətilə UEFA-nı təbrik edib. İnfantino oktyabrdan Cənubi Amerika qitəsində də seçmə matçların keçirilməyə başlayacağını xatırladıb.

"Report"un məlumatına görə, FIFA prezidenti üzərində işlədikləri oyunlara qayıdış protokolunun gələn həftə hazır olacağını açıqlayıb: "Biz yığmaların oyunları üçün yeni pəncərəni 2022-ci ilin yanvarına proqnozlaşdırırıq. Seçmə matçlar əvvəlki kimi martadək yox, iyunadək davam edəcək. Belə bir faciəvi situasiyada bəxtimiz gətirdi ki, dünya çempionatı noyabr - dekabrda olacaq. Bu, bizə bütün dünyada təsnifat mərhələlərini keçirmək üçün bir qədər çox vaxt verəcək".

İnfantino bildirib ki, dünya çempionatı planetin ən vacib yarışı kimi təkcə FIFA deyil, bütün ölkələr üçün prioritetdir. O, seçmə oyunların lazım gəlsə, digər tarixlərdə də təşkilinin mümkünlüyünü dilə gətirib: "Avropada 2 oyun əvəzinə 3-nün eyni pəncərədə təşkili təcrübəsi var. Bunun necə alınacağına və digər yarışlarda istifadəsinin mümkünlüyünə baxacağıq. Digər konfederasiyalar üçün başqa bir plan matçların ev və səfər prinsipi ilə deyil, bir yerdə keçirilməsidir. Biz əmin olmalıyıq ki, seçmə oyunlar keçiriləcək və 2022-ci ildə bizi fantastik dünya çempionatı gözləyəcək".

Qeyd edək ki, DÇ-2022 üçün Avropa zonası üzrə seçmə mərhələnin keçirilmə tarixi hələ təsdiqlənməyib. Bu tsikl Cənubi Amerikada oktyabrda, Şimali Amerika və Okeaniyada 2021-ci ilin martında başlayacaq. Asiya və Afrikada təsnifat oyunları 2019-cu ildə start götürsə də, koronavirus pandemiyası üzündən dayandırılıb və 2021-ci ildə bərpa olunacaq. Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:18 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50 Baş Prokurorluqdan hərbçilərin videosunu paylaşanlara XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 15:42 Azərbaycanda yaşanan işğal faktorunun arxasında Fransa da var - Ərdoğan 24 Oktyabr 2020, 15:35 Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu - 8 nəfər öldü 24 Oktyabr 2020, 15:28 Bayrağımız Şuşada dalğalancaq! - VİDEO 24 Oktyabr 2020, 15:20 Azərbaycan öz torpaqlarını geri almağa başlayıb - Ərdoğan 24 Oktyabr 2020, 15:12 Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi 24 Oktyabr 2020, 15:05 İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb 24 Oktyabr 2020, 14:58 ABŞ-da döyüş təyyarəsi qəzaya uğrayıb 24 Oktyabr 2020, 14:50 Adil Qeybulla: "Məğlubiyyət ermənilərə güclü psixoloji təsir edir" 24 Oktyabr 2020, 14:42