Modern.az

Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO

Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO

19 Sentyabr 2020, 22:01

Rusiyada  Amur çayında daşqın olub. 

Modern.az xəbər verir ki, çayın daşması nəticəsində Xabarovsk vilayətinin bir hissəsi su altında qalıb.

Qeyd edilib ki, son sutkada Amurun səviyyəsi daha 21 sm qalxıb və 615 sm-ə çatıb. Yağışlar davam edir və 20 sentyabra qədər suyun daha 30 sm qalxaraq, 650 sm-yə yaxınlaşacağı bildirilir.

İndiyə qədər 27 yaşayış məntəqəsi və 35 qəsəbədaxili yol, eyni zamanda onlarla ev tamamilə su altında qalıb.

Suyun səviyyəsi küçələrdə o qədər qalxıb ki, balıqlar belə şəhərdə “üzə” bilirlər.

Görüntüləri təqdim edirik:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu