Modern.az

Bombardmançı təyyarə dünya rekordu qırdı

Bombardmançı təyyarə dünya rekordu qırdı

Aktual

19 Sentyabr 2020, 23:03

Rusiyanın səsdən sürətli strateji bombardmançı təyyarələri Tu-160-lar fasiləsiz uçuş məsafəsi qət etməklə və havada qalma müddəti baxımından dünya rekorduna imza atıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu gün iki uzaq mənzilli aviasiya qrupu tərəfindən rekord qeydə alınıb: "Rusiya Aerokosmik Qüvvələrinin pilotları 20 min kilometri ötərək 25 saatdan çox havada qaldılar. Heç kim bu sinif təyyarəsini daha uzun müddət uçurtmamışdı".

Qeyd edək ki, bundan öncəki rekord da Tu-160-a aid olub. Belə ki, sözügedən təyyarə 2010-cu ildə 24 saat 24 dəqiqə uçuş həyata keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!