Arxiv
21 Sentyabr 2020, 13:40 | AKTUAL
Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?

 

Ölkə iqtisadiyyatlarının inkişafını şərtləndirən vacib elementlərdən biri iqtisadi subyektlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması və resursların diversifikasiya edilməklə istifadəsində səmərəliyin artırılmasıdır. Bu baxımdan, kapital resurslarının iqtisadiyyatın müxtəlif sahələrində effektiv istifadəsi iqtisadi artımı şərtləndirən əsas amillərdəndir və bu resurlasların əldə edilməsində qiymətli kağızlar bazarının rolu danılmazdır.

 

Dünya səviyyəsində maliyyə bazarlarının tərkib hissəsi olan qiymətli kağızlar bazarının həcmi gün keçdikcə artmaqdadır. Hazırda bu bazarlarda ticarət olunan qiymətli kağızların həcmi trilyonlarla ABŞ dolları həcmindədir. Sadəcə ABŞ-ın səhm bazarının ümumi dəyəri 30 trilyon ABŞ dolları, istiqraz bazarının ümumi dəyəri isə 40 trilyon ABŞ dolları həcmindədir. Sual oluna bilər ki, investorları və emitentləri (istiqraz buraxan tərəf) bu bazarlara cəlb edən əsas amillər hansılardır?

 

Bu növ bazarların investorlar üçün əsas üstünlüklərindən biri likvid bazarlar olmasıdır. Yəni, investisiya etdiyiniz kapital hər hansı əmlaka deyil qiymətli kağıza yatırılır və investor  pula ehtiyac duyduqda qiymətli kağızı ən qısa zamanda birjada sata bilir. Bundan əlavə, qiymətli kağız fiziki olaraq amortizasiya olunmur, eyni zamanda onun saxlanması əlavə xərc tələb etmir. Digər tərəfdən, əlinizdə olan qiymətli kağızı təminat kimi bankdan kredit götürdükdə istifadə edə bilirsiz.

 

Qiymətli kağız buraxılışının şirkətlərə verdiyi ümumi üstünlüklər isə şirkətlərin ölkə, regional və ya dünya maliyyə bazarlarında tanınması, həmçinin maliyyələşmə imkanlarını genişlətməklə fəaliyyətlərinin səmərəliyini artırmaqdır.

 

Qiymətli kağızlar bazarının inkişafında 3-cü tərəf kimi dövlətin rolunu qeyd etmək vacibdir. Dövlət maliyyə bazarlarını inkişaf etdirməklə şəffaflığın və qeyri-neft sektorunun artımına, habelə sahibkarlıq fəaliyyətinin inkişafına münbit şərait yaradır. Bu mənada dünya praktikasında ilkin kütləvi istiqraz təklif edən şirkətlərə dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunur.

 

Ölkəmizdə həyata keçirilən davamlı və dayanıqlı iqtisadi siyasətin təzahürü kimi kapital bazarlarının əhəmiyyətli rolunu göstərmək olar. Belə ki, dövlətin həyata keçirdiyi maliyyə siyasətinin tərkib hissəsi olan qiymətli kağızlar bazarının inkişafı maliyyə alətlərinin müxtəlifliyini və maliyyə bazarlarının dərinliyini təmin etməklə qeyri-neft sektorunun əhatəsini genişləndirir. 

 

Hazırda dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərən şirkətlərin qiymətli kağızlar bazarına olan marağı gün keçdikcə artır. Məsələn, səhmləri dövlətə məxsus “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin  istiqraz qiymətli kağızlarının ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsi buna bariz nümunədir. 

 

Qiymətli metalların hasilatı sahəsində qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold”un təklif edəcəyi istiqrazlar şirkətin maliyyə mənbələrinin şaxələndirilməsinə və resursların yeni layihələrin icrasına yönəldilməsinə, ölkənin qiymətli kağızlar bazarının inkişafına, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində koronavirus pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirləri fonunda az riskli, yüksək gəlirli qazanc əldə etmək fürsəti verəcək. Üstəlik, vətəndaşların – fiziki və hüquqi şəxslərin “AzerGold” istiqrazları ilə milli iqtisadiyyat və dağ-mədən sənayesinin tərəqqisinə töhfə vermək kimi bir şansı yaranacaq.

 

İstər institusional (banklar, sığorta şirkətləri, investisiya şirkətləri), istərsə də fərdi investorlar (fiziki şəxslər) ilkin kütləvi təklif olunan bazardan “AzerGold” istiqrazlarını almaqla illik 4% gəlir əldə edəcəklər. İstiqrazların nominal dəyərinin 100 ABŞ dolları, müddətinin 3 illik, həcminin isə 20,000,000 ABŞ dolları olması gözlənilir. İstiqrazların satışı Bakı Fond Birjasında hərrac vasitəsilə həyata keçiriləcək. İnvestorlara faizlərin ödənilməsi il ərzində 4 dəfə olmaqla rüblük nəzərdə tutulur. Sadalanan şərtlər hazırda ölkənin maliyyə bazarı üçün ən əlverişli təkliflərdən hesab olunur. 

 

“AzerGold” QSC-nin istiqrazlarını əldə etməklə investorlar sabit gəlir əldə etmək, müddət sonunda istiqrazların nominal dəyərini geri almaq hüququ əldə edirlər. Qeyd olunan istiqrazları əldə etməklə investorların bankların ABŞ dolları üzrə depozitlərinin orta faiz dərəcəsindən daha artıq gəlir əldə etmək imkanı vardır. Bununla yanaşı, Cəmiyyətin fəaliyyətinin nəticələrinin yüksək mənfəətliliklə müşayət olunması emissiya edilən istiqrazların daha etibarlı və dayanıqlı olmasına əsas verir. 

 

Ruslan Babayev

Maliyyə bazarları üzrə ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 10:03 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36