Modern.az

Ceyhun Bayramov Ermənistanın son təxribatını PİSLƏDİ

Ceyhun Bayramov Ermənistanın son təxribatını PİSLƏDİ

Aktual

21 Sentyabr 2020, 14:54

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olub, bu cinayətin bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moldovalı həmkarı ilə telefon danışığı zamanı deyib. Moldova tərəfinin təşəbbüsü əsasında keçirilən telefon danışığı zamanı nazir Oleq Tulea Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib və həmkarına xoş arzularını çatdırıb.

 

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Nazirlər telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı