Arxiv
22 Sentyabr 2020, 10:27 | AKTUAL
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkliyi ilə uğurla davam etdirilir, ölkəmizdə məqsədyönlü islahatlar və müxtəlif sahələrdə irimiqyaslı komlpeks layihələr həyata keçirilir. 

Bunun nəticəsidir ki, Azərbaycanın regionlarında müasir infrastruktur quruculuğu geniş vüsət alıb. Regionların inkişafından danışarkən ilk növbədə dövlət başçımızın müvafiq Fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları xüsusi qeyd edilməlidir. Uğurla həyata keçirilmiş bu Proqramlarda regionların mövcud təbii və iqtisadi potensialından səmərəli istifadə, aqrar-sənaye sektorunun inkişafı, müasir istehsalat müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması kimi məqamları qeyd etmək olar.  

Bu gün Daşkəsən rayonunda iki böyük metallurgiya sənaye müəssisəsinin -  “Çovdar” filiz emalı sahəsinin uğurlu fəaliyyəti və “Dəmir filizi yataqları”nın müasir formada istismara qəbul edilməsinə dair görülən işlər rayonumuzda beynəlxalq standartlara uyğun modern infrastruktur yaradacaq, eyni zamanda rayonda işsizliyi tamamilə aradan qaldırılmaqla ölkəmizə davamlı iqtisadi gəlir gətirəcəkdir. 

Möhtərəm cənab Prezidentimizin rəhbərliyi ilə mən 2011-ci ildə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən gündən başlayaraq ilk növbədə rayondakı mövcud vəziyyət düzgün təhlil olundu, nöqsanlar, çatışmazlıqlar yerlərdə araşdırıldı, uzun illər, sovetlər dövründən bəri yığılıb-qalmış problemlərin həlli, rayonun inkişafı üçün 53 bənddən ibarət kompleks bir layihə olan “Yeni Daşkəsən” layihəsi peşəkar ixtisaslaşmış alimlər tərəfindən elmi əsaslarla işlənib hazırlanmışdır. Rayonda həlli vacib olan bütün məsələləri özündə əks etdirən “Yeni Daşkəsən” layihəsi hazırlanarkən ayrı-ayrı məsələlərə dair aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun ziyalıları və ağsaqqalları müzakirələrə dəvət olundu və onların da fikirləri nəzərə alınaraq layihəyə daxil edildi. Layihədə Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin uzaqgörənliklə həlli əsas vəzifə kimi qarşıya qoyuldu. Beləliklə, “Yeni Daşkəsən” layihəsi rayonun özünün yeni inkişaf mərhələsinə daxil olması üçün zəmin yaratdı, yaşayış məntəqələrinin simasını dəyişməklə insanların həyatına böyük rahatlıq gətirdi. 

  Belə ki, 2014-cü ilin oktyabrın 17-də çox hörmətli Prezidentimiz cənab İlham Əliyev  hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfər etdilər. Həmin səfər çərçivəsində dövlət başçımız son illər ərzində rayonumuzda tikilmiş Heydər Əliyev Mərkəzinin, rayon İcra hakimiyyətinin yeni inzibati binasının, avtovağzal kompleksinin, Gənclərin təlim və istirahət mərkəzinin açılışlarında iştirak etdi, səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb oldu, onların yaradıb-qurmaq əzmini daha da artırdı, insanlara ruh yüksəkliyi verdi. Səfər zamanı çox hörmətli Prezidentimiz Daşkəsəndə görülən işləri yüksək qiymətləndirdi, öz tövsiyə və tapşırıqlarını verdi. Cənab Prezidentin bu tapşırıqları bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil etdi.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə mənim işlədiyim 10 il ərzində açılışlarında cənab Prezidentimizin iştirak etdiyi inzibati  binalarla yanaşı aşağıdakı bir sıra yeni tikinti-quruculuq işləri görülmüşdür. Belə ki, Daşkəsən rayon Mərkəzi xəstəxanasının yeni inzibati binası istifadəyə  verilmişdir. Rayonun girəcəyində Bayraq meydanı və istirahət parkı yaradılmışdır. Əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olanın binanın sakinləri üçün yeni yaşayış binası və fərdi yaşayış evləri tikilmişdir. Bayan kəndi ərazisində iki dəmir yolu körpüsü əsaslı təmir edilmiş, 2 körpü tikilmişdir. Daşkəsən şəhərinin bütün küçələrinə yeni asfalt örtüyü salınmış, istinad divarları və səkilər yenidən qurulmuş, bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri metal lövhələrlə əvəzlənərək dəyişdirilmişdir.

Rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə fasiləsiz təminatının yaxşılaşdırılması üçün ayrı-ayrı ünvanlarda yeni elektrik yarımstansiyaları tikilmiş, SİP-ləşmə aparılmış, müasir transformatorlar quraşdırılmışdır. Hazırda Xoşbulaq kəndi ərazisində yeni elektrik yarımstansiyasının tikintisinə başlanılmışdır. 

Çoxsaylı ümumtəhsil müəssisələrində təmir-tikinti işləri aparılmış, o cümlədən 21 məktəb yenidən inşa olunmuş, uşaq bağçalarında əsaslı təmir-bərpa işləri görülmüşdür.

Daşkəsən şəhərinin su-kanalizasiya sistemləri yenidən qurulmuş, Sukanal idarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Rayonda yol infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılmış, belə ki, Prezident cənab İlham Əliyevin sərəncamları əsasında 47.4 km uzunluğu olan Gəncə-Daşkəsən-Xoşbulaq, 27.3 km uzunluğu olan Zağalı-Kollu-Çıraqlı, 25 km uzunluğu olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yollarının tikintisi başa çatdırılıb, hazırda 20 km uzunluğu olan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunda son tamamlanma işləri görülür.

Rayonda qazlaşdırma geniş vüsət almışdır. Rayonunun 49 yaşayış məntəqəsindən 1 şəhər mərkəzi daxil olmaqla, 5  qəsəbə və 7 kənd yaşayış məntəqəsi artıq qazlaşdırılmışdır. Hazırda rayonun ucqar dağlıq ərazisində yerləşən  Aşağı Daşkəsən və Kəmərqaya kəndlərinə təbii qaz xəttinin çəkilişləri davam etdirilir. 

Çovdar qızıl zavodu beynəlxalq standartlara uyğun müasir formada tikilərək istifadəyə verilmişdir.

Ən əsası isə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 avqust 2020-ci il Sərəncamı ilə Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırılmışdır.

Daşkəsən rayonu respublikamızın ən mühüm mədən-filiz olan sənaye rayonlarındandır. Rayon ərazisində zəngin dəmir, alunit, mərmər, qızıl, gümüş, qranit, əhəng və s. bu kimi faydalı filiz yataqları vardır.

Məlumat üçün bildirim ki, Daşkəsən şəhəri 1954-cü ildən fəaliyyətə başlamış Daşkəsən Dağ-mədən Filizsaflaşdırma Kombinatının (hazırda “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti) yaradılması ilə əlaqədar Daşkəsən rayonu salınmışdır.

Kombinatın Filizsaflaşdırma fabriki 1954-1970-ci illərdə, elektromaqnit üsulu ilə, quru halda 53,5 %-li dəmir konsentratı istehsal etmişdir 1969-cu ildə yaş üsulla, 60%-li dəmir filiz konsentratı almaq üçün filizsaflaşdırma fabrikində yenidənqurma işləri aparılmışdır. 1970-1972-ci illərdə həm quru , həm də yaş üsulla konsentrat istehsal etmişdir.

Həmin məhsul uzunluğu 4 km olan asma-hava kanat yolu ilə Quşçu qəsəbəsinə, oradan Gürcüstan Respublikasının Rustavi metallurgiya zavoduna, Qaradağ ağırlaşdırıcı məhlul zavoduna və Bolqarıstana daşınmışdır. Fabrikin su ehtiyacını ödəmək üçün Qoşqar çayı üzərində 4 milyon kub metr tutumu olan su anbarı və işlənmiş texnoloji sudan təkrar istifadə üçün qurğu tikilmişdir. Kombinat ildə 2,55 milyon ton dəmir filizi və həmin filizdən 1,15 milyon ton dəmir konsentratı istehsal etmək imkanına malik olmuşdur.

1957-ci ildə müəssisənin adı dəyişdirilərək “Azərbaycan Dağ-Mədən Kombinatı, 1959-cu ildən isə “Azərbaycan Dağ-Mədən Filisaflaşdırma Kombinatı” adlandırılmışdır. Respublika Əmlak Nazirliyinin 30 aprel 2002-ci il tarixli, 219 saylı sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir.

“Daşkəsən Filizsaflaşdırma” ASC uzunmüddətli fasilədən sonra yenidən əsaslı təmir olunaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 31 oktyabr 2006-cı ildə obyekt yenidən işə salınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksi yaradılmışdır. Sərəncama əsasən səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilmişdir.

Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilmiş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqə vasitəsilə özəlləşdirilməsi bu günə kimi başa çatdırılmamışdır.

Hazırda “AzerGold” QSC Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlamışdır.

Məlumat üçün bildirim ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi hazırlandıqdan sonra dövlətə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq standartlara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.

Xatırladım ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib. 

Sovetlər dövründə Daşkəsən rayonu ərazisində 269 milyon dəmir filizi ehtiyatı göstərilsə də hazırda 540 milyon ton çox olduğu ehtimal edilir. Yeni yanaşma ilə ehtiyatların həcmi daha artıq olacaqdır.

Rayonumuzda 2012-ci ildə tikintisinə baþlanmýþ ölkəyə iqtisadi gəlir gətirən Çovdar filiz emalý sahəsindən "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə biz tanışıq və hərtərəfli məlumatımız var.

Hazırda bu müəssisə ölkəyə böyük valyuta gətirməklə yanaşı, bölgənin inkişafına və işsizliyin aradan qaldırılmasına səbəb olmuşdur. Sevindirici haldır ki, rayon sakinləri orada işləyərək yüksək əmək haqqı alırlar. Bu gün "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq dərəcəli mədənçilik şirkətinə çevrildiyini görürük. Qürur hissi ilə bütün görülən işlərə görə ölkə rəhbərinə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il  tarixli sərəncamı ilə tərkibinə Çovdar qızıl zavodunun daxil olduğu “AzerGold” QSC yaradılmış və 26 may 2016-cı il tarixli sərəncamı ilə  “AzerGold” QSC-nin idarə heyətinə respublikada işgüzarlığı ilə tanınmış iş adamı Zakir İbrahimov sədr təyin edilmişdir.

Bu müəssisələrdə görülən işlər və gələcək perspektivləri barədə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri hörmətli Zakir İbrahimovla tez-tez əlaqə saxlayırıq. Rayonda uzun müddət problemli olan məsələləri birgə həll edirik. Buna görə də hörmətli Zakir müəllimə təşəkkür edirik.

2016-cı ilin iyul ayından hörmətli Zakir İbrahimov fəaliyyətə başlayandan sonra “AzerGold” QSC qısa müddət ərzində bir sıra çox əhəmiyyətli işlərin görülməsinə nail olunmuşdur. Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən  Çovdar qızıl emalı sahəsində müxtəlif təyinatlı  təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilmiş, optimallaşdırmış, istehsalat 24 saatlıq iş rejiminə keçirilmiş, hasilat işlərinə başlanmışdır. Ərazidə ekoloji tarazlığın qorunması üçün 6 mindən artıq ağac və kol əkilmiş və həmin əraziyə gedən yol və körpülərlə bağlı yüksək səviyyədə böyük işlər görülmüşdür. Çovdar mədənində işlərin düzgün və səmərəli aparılması,  insanların əmək şəraitinin  yaxşılaşdırılması üçün lazımi işlər görülmüş və beynəlxalq standartlara uyğun müasir infrastruktur yaradılmışdır. 

Birmənalı olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkliyi ilə Daşkəsənin dəmir filizi mədənləri də Çovdar qızıl mədəni kimi müasir bir istehsalat sahəsinə çevriləcəkdir.

Dəmir filizi yatağının yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda mövqeyinin güclənməsinə səbəb olacaq. Ölkəmizdə qara metallurgiyanın əsas sütunu sayılan dəmir filizi yatağının istismarının tezliklə işə başlaması həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli olan bəzi məsələlər öz həllini taparaq Daşkəsən regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir. Biz də rayon ərazisində olan hər iki müəssisənin yenidən işə başlaması və fəaliyyəti üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Prezident cənab İlham Əliyevin humanist  siyasətinə, atdığı addımlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsəndə birlik və həmrəyliyə çağıran müxtəlif sosial kampaniyalar təşkil olunaraq aztəminatlı ailələrə, ahıl sakinlərə maddi yardımlar edilir, ərzaq bağlamaları verilir, vətəndaşlara evlərdə sosial-məişət xidmətləri göstərilir, xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir. Demək olar ki, ərazidə yaşayan bütün aztəminatlı, tənha, köməyə ehtiyacı olan insanlara İcra hakimiyyəti tərəfindən daxili imkanlar hesabına ərzaq yardımları edilmiş, heç kim əli boş qaytarılmamışdır.

Görülən işlərin nəticəsinə görə çox sevindirici haldır ki,  sərt karantin rejimi tətbiq olunmuş Gəncə şəhəri və Göygöy rayonu ilə həmsərhəd, qonşu olmasına baxmayaraq bu gün Daşkəsəndə koronovirus xəstəliyinə yoluxmuş şəxs yoxdur.

Daşkəsənlilər hər zaman onların qayğısına qalaraq insanların rifahı üçün yorulmadan çalışdıqlarına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

 

Əhəd Abıyev

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov İran prezidentinin xüsusi elçisi ilə görüşüb 28 Oktyabr 2020, 13:30 Ermənistan daha 59 hərbçisinin ölümünü ETİRAF ETDİ 28 Oktyabr 2020, 13:25 Oğlunu cəbhəyə yola salan deputat: “Övladlarım bu Vətənə qurban olsun” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 13:20 Sabahın hava PROQNOZU 28 Oktyabr 2020, 13:14 İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ 28 Oktyabr 2020, 13:08 Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop 28 Oktyabr 2020, 13:04 Nazirlikdən jurnalistlər binası ilə bağlı YENİLİK 28 Oktyabr 2020, 13:00 “Sona qədər Azərbaycanın yanındayıq” - Hulusi Akar 28 Oktyabr 2020, 12:54 Haqq savaşımızda ləyaqət nümunəsi - VİDEO 28 Oktyabr 2020, 12:48 Bakıda avtobus piyadanı vuraraq öldürdü 28 Oktyabr 2020, 12:42 Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq 28 Oktyabr 2020, 12:36 Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır 28 Oktyabr 2020, 12:30 Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28